Bakı
23.05.2024
Vakansiyanın tələblərinə uyğun başlıca vəzifə öhdəlikləri və məsuliyyətlər:
- Şirkətin mühasibat uçotunun təşkilində, düzgün vergi və uçot siyasətinin seçilməsində və qorunmasında birbaşa iştirak etmək;
- Maliyyə hesabatlarının beynəlxalq standartları əsasında maliyyə hesabatlarını hazırlamaq;
- Tikinti, İstehsal və s kimi sahələrdə fəaliyyəti olan müxtəlif biznes subyektlərinin spesifik uçot siyasətini anlamaq və tələbə uyğun formalaşdırmaq;
- İstənilən əməliyyatın mühasibat proqramında düzgün balans və gəlir-xərc hesablarında əks olunmasına, maliyyə-hüquq istiqamətli biliklərə malik olaraq bir çox spesifik əməliyyatların düzgün aparılmasına nəzarət etmək;
- Pul vəsaitlərinin hərəkətini, gəlir dövriyyəsini və xərclərini, xərclərin maya dəyərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini və mühasibat hesablarında onların hərəkətini izləmək və ehtiyac yaranarsa düzəlişlər etmək;
- Biznes konsultasiyalarda iştirak etmək, şirkətlərə səmərəli həllər təklif etmək, ünsiyyət və etik normalara sahib olaraq sağlam iş münasibətləri qurmaq.
Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi dil bilikləri və s.):
- İqtisadi sahədə ali təhsil (Maliyyə, Mühasibat uçotu və oxşar fakültələr)
- Mühasibat və maliyyə sahəsində ən azı 5 il iş təcrübəsi olmalı;
- Dil bilikləri: Azərbaycan dilini səlis bilməli;İngilis dilini intermadiate seviyede bilmeli,rus dili bilikləri üstünlükdür;
- MS Office – Excelyaxsi seviyyede), 1C proqramları bacarığı;
- Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını bilməli
- Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti
Namizədlərdən şəkilli CV-lərini “Baş mühasib” mövzusu ilə e-mail ünvanına göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |