21 C
Baku
Saturday, September 28, 2024

Daxili Audit üzrə Mütəxəssis – Qala Sigorta

0
Daxili Audit üzrə Mütəxəssis – Qala Sigorta
Bakı
23.05.2024

Əsas vəzifə öhdəlikləri: 

  • Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq
  • Şirkətin departament və şöbələrinin Sığorta fəaliyyəti üzrə qanunvericiliyinə, siyasətləri, prosedurlar, standartlar və digər normativ sənədləri uyğun fəaliyyətini yoxlamaq
  • Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək
  • Şirkətdə yaranan qabaqcıl təcrübələrin qiymətləndirilməsini aparmaq və rəy vermək
  • Dövri olaraq daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında hesabatları və rəylər hazırlamaq
  • Müstəqil (kənar) audit proseslərinə dəstək olmaq
  • Şirkətin daxili nəzarət mühitinin inkişafına dair təkliflər irəli sürmək
  • Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq
  • Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • Ali təhsilli
  • Iş təcrübəsi – 1 il
  • Yüksək riyazi və Excel biliyinə malik olmaq
  • Sığorta sektorunda anderraytinq, aktuari, sığorta hadisələrinin tənzimlənməsi və sair üzrə çalışması üstünlükdür.
  • CIA Part 1 və ya ACCA F-Level olması üstünlükdür.

Əmək şəraitinin şərtləri: 

  • Əmək haqqı: razılaşma yolu ilə
  • İş vaxtı: Bazar ertəsi-Cümə günləri, saat 09:00-18:00
  • İstirahət günləri: Şənbə, Bazar
  • Əmək məzuniyyəti: 30 təqvim günü

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 30 iyun 2024-cü il tarixinədək elektron ünvanına email-in mövzu hissəsində “Daxili Audit üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.  [email protected]

İşin aid olduğu sahə

KateqoriyaSığorta