21 C
Baku
Saturday, September 28, 2024

Büdcə və hesabatlılıq üzrə mütəxəssis – İsmixanlı MMC

0
Büdcə və hesabatlılıq üzrə mütəxəssis – İsmixanlı MMC
Bakı
27.05.2024

Təsvir:

  • Şirkətin həftəlik, aylıq və illik maliyyə hesabatlarını hazırlamaq;
  • Şirkətin illik büdcə planının hazırlanmasında bilavasitə iştirak etmək;
  • Hər bir hesabat dövrünün sonunda faktiki və büdcə nəticələrinin müqayisələrini əks etdirən hesabatlar hazırlamaq;
  • Maliyyə hesabatlarının illik kənar auditi prosesində yoxlama üçün hesabatları, açıqlamaları tərtib etmək;
  • Maya dəyərinin aylıq əsaslarda analitik təhlilini həyata keçirmək;
  • Aylıq və illik maliyyə yekunları əsasında MHBS-ə uyğun mühasibat düzəlişləri vermək;
  • Rəhbərlik tərəfindən tələb olunan cari fəaliyyətin izlənilməsi ilə bağlı hesabatlar hazırlamaq.

Tələblər:

  • Ali təhsil (Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsilli);
  • Maliyyə sahəsində ən azı 3 illik iş təcrübəsi;
  • Əlavə nəaliyyətlər (ACCA və ya CIMA ) üstünlükdür;
  • Azərbaycan dili səlis, İngilis və Rus dili arzuolunandır;
  • MS Office (Word, Excel,Outlook), ERP sistemləri üzrə biliklər.

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Bazar ertəsi-Şənbə);
  • İş yeri: Bakı şəhəri

Uyğun namizədlərin CV-lərini mail adresinə göndərilməsini rica edirik. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə