Bakı
27.05.2024
İş barədə məlumat:
- Mühasibat şöbəsinin işini düzgün, qaydalara və qanunvericiliyə uyğun icra etmək
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsində iştirak etmək
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
- Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük/aylıq hesabatların hazırlanması
- Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi
- Mühasibat uçotu sahəsində müasir texniki vasitələri və informasiya texnologiyalarını tətbiqini təmin etmək
- Bütün bank əməliyyatların icra edilməsi
- Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq
Tələblər:
- Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
- Müvafiq sahədə minimum 1 (bir) il iş təcrübəsi;
- Office proqramlarında, əsasən EXCEL-də yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
- 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
- Dil biliyi: Azərbaycan dili – yüksək səviyyədə, Rus dili və ya İngilis dili bilikləri olan şəxslərə üstünlük veriləcək
- Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək;
- İstirahət: Şənbə – Bazar günləri
Namizələrdən mövzu yerində “Mühasib” vakansiyasının adını göstərərək CV-lərini e-poçt ünvanına göndərmələri xahiş olunur. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |