21 C
Baku
Saturday, September 28, 2024

Müştəri xidmətləri şöbəsinin – ADY Container

0
Müştəri xidmətləri şöbəsinin  – ADY Container
Bakı
30.05.2024

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müəyyən edilmiş xidmət standartlarına uyğun lazımi sənədləşməni aparmaq;
  • Xidmət standartlarının tədbiqi üçün təlim / tədris prosesində iştirak etmək;
  • Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətləri və sorğuları qanunverciliyə uyğun olaraq cavablandırmaq;
  • Fəaliyyət istiqamətləri üzrə proses və prosedurları vaxtaşırı nəzərdən keçirmək və lazımi hallarda yeniləməsi üçün təkliflər vermək;
  • Vətəndaşlarla birbaşa ünsiyyətdə olan digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərmək;
  • Fəaliyyət istiqamətləri üzrə araşdırmalar aparıb dövri hesabatlar hazırlamaq;
  • Müştəri məmnuniyyəti göstəricisinin artırılması üçün görüləcək işləri icra etmək.

Namizədə olan tələblər:

  • Ali təhsil: istənilən sahə üzrə
  • İş stajı: 1 il (beynəlxalq yükdaşımalar sahəsi üzrə olması arzuolunandır)
  • Dil biliyi: Rus dili (ingilis dili üstünlükdür)
  • Rəqəmsal bacarıqlar: MS office (orta səviyyə)
  • Müştəri Xidmətlərinə aid olan normativ, metodik və digər rəhbəredici materiallar;
  • Azərbaycan Resplublikasının İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun;
  • Müştəri Xidmətləri işinin təşkili, hesabatların tərtib edilməsi;
  • Fərdi məlumatlar haqqında qanun;
  • Sənəd dövriyyəsinə dair biliklər;
  • Aktiv dinləmə, komanda işi, müştəri yönümlülük, yazılı ünsiyyət bacarığı.

İş qrafiki:

  • 5 günlük iş qrafiki
  • İş saatı: 09:00-18:00
  • Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
  • İş yeri: Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti 13A

Üstünlüklərimiz:

  • Nahar ilə təmin edilmə;
  • Könüllü tibbi sığorta;
  • Korporativ nömrə və danışıq limiti;
  • Korporativ mühit, peşəkar təcrübə qazanma imkanı və karyera yüksəlişi.

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Müştəri xidmətləri şöbəsinin mütəxəssisi” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.