Bakı
04.06.2024
Namizədə olan tələblər:
- Təhsil: Ali;
- Enerjili, təşəbbüskar, kommunikasiya bacarıqlı və tənqidi düşüncə tərzinə malik namizədlərə üstünlük verilir;
- Bazar araşdırmaları, bazarın monitorinqi, merçendayzinq və ya satış sahəsində təcrübə arzuolunandır;
- B kateqoriyalı sürücülük vəsiqəsi və şəxsi avtomobili olmalıdır;
- Mütəmadi olaraq bölgələrdə ezamiyyətlərə hazır olmalıdır;
- Kompüter bilikləri: Excel (orta və üzəri səviyyədə).
Vəzifə öhdəlikləri:
- Müştərilərlə görüşlərin, sorğuların, sınaqların və fokus-qrupların keçirilməsi;
- Bazarda xidmət səviyyəsi üzrə monitorinqi;
- Rəqib marka və məhsulların çeşidliliyini, satış qiymətlərini və şərtlərini, aktual stimullaşdırma aksiyalarını monitorinq edəcək;
- Müvafiq satış şəbəkəsi üzrə marka/kateqoriya tələblərinə uyğun məhsul düzülüşü, rəf istifadəsini monitorinq edəcək;
- Toplanmış məlumatlar əsasında müvafiq baza formalaşdırmaq və hesabatlar təklif etmək.
İş şərtlərimiz:
- Əmək haqqı: müsahibə əsasında;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
Ünvan: Ziya Bünyadov 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Bazar araşdırmaları üzrə (kiçik) mütəxəssis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |