04.06.2024
İşin təsviri
İş barədə:
- Ticari Marketinq Şöbəsinin ümumi işini təşkil etmək, iş axışlarını müəyyənləşdirmək.
- Ticari marketinq xərclərinin planlaşdırılması, sistematik proseslərin icrası və büdcənin təqib edilməsi.
- Birbaşa tabeliyində olan əməkdaşlarla gündəlik və həftəlik olaraq görüşlər keçirmək.
- Bölmələrin qarşısına qoyulan vəzifələrin həyata keçirilməsində yaranan problemlərin həlli üçün müvafiq addımlar atmaq.
Strateji inkişaf, planlaşdırma və icraetmə üzrə:
- Marketinq və satış büdcəsi çərçivəsində illik ticari marketinq fəaliyyəti planının və büdcəsinin hazırlanması;
- Marka və satış strategiyalarını yaratmaq məqsədi ilə marketinq və satış komandası ilə sıx əlaqə yaradaraq fəaliyyətlərin təşkili;
- Məhsullar üzrə planoqramların hazırlanması prosesinə nəzarət etmək.
- Bazar araşdırmaları etmək.
- Müştəri ilə sıx əlaqə yaratmaq və ehtiyaclarının müəyyən edilməsi.
- Ölkə iqtisadiyyatın, bazardakı trendlərin və rəqib fəaliyyətlərinin yaxından izlənilməsi.
- Bazar tendensiyaları və imkanlarını izləmək, bazar payını artırmaq üçün layihə təklifləri hazırlamaq.
- Fəaliyyət planlarının sahədə ən təsirli şəkildə həyata keçirilməsini təmin etmək üçün bölgə müdirləri ilə daim çalışılması.
Təhlil və hesabat üzrə:
- Satış kanallarının səmərəliliyinin araşdırılması və planlaşdırılması;
- Aylıq, rüblük, altı aylıq məhsul/kanal satış müqayisələrinin aparılması və bu məlumatların müvafiq şöbələrlə bölüşdürülməsi, inkişaf üçün tədbirlər görülməsi;
- Bazar məlumatlarının təhlil edilməsi;
- Bütün sahə üzrə fəaliyyətlərin planlaşdırılması, fəaliyyətlərin icrasının təqibi və nəticə üzrə təhlillərin aparılması.
Namizədə tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavr
- Kompüter bilikləri: MS Office – əla;
- Dil bilikləri: İngilis – yaxşı, Rus – yaxşı;
- Təcrübə: Ticari marketinq sahəsində ən azı 3 il (FMCG sektoru),
- Marketinq sahəsi üzrə əsas biliklər;
- Datanı təhlil etmək, təhlil nəticəsində problemləri müəyyənləşdirmək və onların həll yollarını müəyyən etmək;
- Satış nöqtələrində istehlakçı yönümlü tətbiqetmələr, promosiya fəaliyyətləri, reklam yerləşdirmə, qiymətləndirmə, araşdırma kimi mövzularında bilik və təcrübə;
- Ticarət tərəfdaşlığının inkişaf etdirilməsi yönündə danışıq bacarıqları;
- Yüksək səviyyədə təşkilatçılıq və planlaşdırma bacarığı.
- Komanda üzvlərinin inkişaf və motivasiyasına müsbət təsir göstərəcək liderlik və idarəetmə bacarıqları;
- Strateji və taktiki vizyona sahib olmaq.
İş qrafiki: 09:00-18:00.
Vəzifə üzrə əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq təyin edilir.
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Ticari marketinq meneceri” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. [email protected]