Bakı
10.06.2024
İş haqqında məlumat:
- Maliyyə Meneceri tərəfindən xüsusi sahə üçün müəyyən edilmiş vəzifələri Maliyyə Meneceri və ya Baş Mühasibin nəzarəti altında həyata keçirmək.
- Bütün şöbələr üçün gündəlik gəliri və statistik məlumatı yoxlamaq, təsdiq etmək, yeniləmək və gündəlik gəlirlər üzrə hesabatı paylaşmaq.
- Təqdim olunan bütün güzəştləri yoxlamaq və hesabatı yoxlamaq və imzalamaq üçün Şöbə Rəhbərlərinə ötürmək, qüvvəsini itirmiş və endirim edilmiş çekləri yoxlamaq.
- Bütün satış nöqtələrində davamlı olaraq ani yoxlamalar keçirtmək.
- Otaq qiymətlərində olan bütün dəyişiklikləri yoxlamaq və bu barədə hesabat hazırlayıb Maliyyə Menecerinə təqdim etmək.
- Gündəlik olaraq bütün işçi/əyləncə çeklərini yoxlamaq.
- Öz fəaliyyət sahəsində arxivin bütün müvafiq sənədlərlə birlikdə düzgün şəkildə qoruyub saxlamaq və yeniləmək.
- Bütün gün sonu hesabatlarını yoxlamaq təsdiqləmək və arxivləşdirmək.
- Kredit Kart ödənişlərini yoxlamaq və müvafiq olaraq mühasibatlıq proqramına daxil etmək
- Proqramlararası (Micros, Opera, İscala) inteqrasiyanın düzgünlüyünü yoxlamaq
- Qonaq Ledgeri hesabatını yoxlamaq və şöbə rəhbərlərinə məlumat vermək
- Təmizlik şöbəsinin otaqlar üzrə fərq hesabatını yoxlamaq uyğunsuzluq olarsa bu barədə məlumat vermək
Xüsusi öhdəliklər bəzən dəyişə bilən müəyyən fəaliyyət sahəsindən aslı olacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Gəlirlər üzrə nəzarətçi (İncome auditor)” yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Auditor |