Bakı
11.06.2024
Namizədə olan tələblər:
- Ali hüquqi təhsil;
- Hüquq sahəsində 5 ildən çox iş təcrübəsi, o cümlədən 2 ildən çox idarəetmə təcrübəsi;
- AR Vəkillər Kollegiyasının üzvlüyünün olması arzuolunandır;
- Azərbaycan dilində mükəmməl şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;
- Rus və/və ya ingilis dili biliyi arzuolunandır;
- Azərbaycan Respublikasının Mülki və Mülki Prosessual Məcəlləsi, Cinayət və Cinayət Prosessual Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və digər qanunları, o cümlədən qanunvericilik aktları barədə mükəmməl bilgilər;
- Satınalma, təchizat, müqavilə proseslərindən, gömrük prosedurlarından xəbərdar olmaq;
- Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- İdarəetmə, analitik, işgüzar ünsiyyət, təşkilatçılıq bacarıqları;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Holdinqin hüquq şöbəsinin fəaliyyətini təşkil etmək;
- Komandaya rəhbərlik edib fəaliyyətlərinə nəzarət etmək;
- Holdinqin rəhbərliyinə hüquq şöbəsinin fəaliyyəti ilə bağlı hesabatları təqdim etmək;
- Holdinq daxili iş fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməsini təşkil etmək;
- Hüquqi məsələlərlə bağlı müvafiq təşkilatlar, qurumlar, şirkətlər və dövlət orqanları ilə əlaqələr yaratmaq və işin təkmilləşdirilməsi sahəsində fəaliyyəti icra etmək;
- Xidmət göstərdiyi şirkətləri dövlət orqanları qarşısında hüquqi məsələlərlə əlaqədar təmsil etmək;
- Holdinqin xidmət göstərdiyi şirkətlərin digər şirkət və dövlət orqanları ilə əməkdaşlığının hüquqi əsaslarını müəyyən etmək, bu məqsədlə müqavilələrin tərtib edilməsinə və icrasına nəzarət etmək, digər struktur bölmələrindən daxil olan müqavilə layihələri və digər sənədlərə rəy verilməsini təşkil etmək;
- Holdinqin və xidmət göstərdiyi şirkətlərin hüquqi məsələlər üzrə dövlət orqanları ilə qarşılıqlı münasibətlərini təşkil etmək, müvafiq müraciətlərə hüquqi rəy vermək.
İş şərtlərimiz:
- Əmək haqqı: razılaşma əsasında təyin olunur
- İş qrafiki : tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. (21 saylı məktəbin yaxınlığında).
- Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquq Şöbəsinin Rəhbəri” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Hüquq |