İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, “Capital Towers” Biznes Mərkəzi
Əməkhaqqı: Rəqabətədavamlı əməkhaqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsil (maliyyə-mühasibatlıq və ya iqtisadi ixtisaslar üzrə)
- Sahə üzrə 4 il iş təcrübəsi
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- ACCA FR sertifikatı
- PMS arzuolunandır
- Dil bilikləri: İngilis dili – yaxşı səviyyədə
Bacarıqlara dair tələblər:
- Komanda işi
- Hesablama və riyazi bacarıqlar
- Nəticəyönümlülük
- Məsuliyyətlilik
- İntizamlılıqanda İntizamlılıq.
İşin təsviri:
- Əsas vəsaitlərin reyestrinin aparılması, amortizasiyanın hesablanması
- Anbar hesabatının hazırlanması, mal qalıqlarının düzgün uçotun aparılması və nəzarət edilməsi
- Kreditor və debitorlarla üzləşmələrin aparılması
- Qəbul edilmiş sənədlərin tərtib edilməsinin tamlığını, düzgünlüyünü, qanuniliyini yoxlayır və mühasibat sənədlərinin proqram təminatına işlənməsinə iştirak və nəzarət edilməsi
- Hər gün analitik uçot üzrə əməliyyatların qeydə alınması
- İşçilər və təhtəlhesab şəxslərlə hesablaşmaların uçotunun aparılması
- Ezamiyyə avans hesabatlarının hazırlanması, qəbul edilməsi, yoxlanılması
- e-taxes.gov.az saytında daxil olan məktubların izlənilməsi, e-qaimənin izlənilməsi, daxil olan qaimələr üzrə öhdəliklərin araşdırılması, sənədlərinin tələb edilməsi
- Kameral vergi yoxlaması üzrə uyğunsuzluqlara cavabların yazılması
- Vergi, statistika, məşğulluq və DSMF hesabatlarının hazırlanması və göndərilməsi
- Rəhbərin müvafiq tapşırıqlarının yerinə yetirilməsi və gündəlik hesabatların verilməsi
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00 – 18:00
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV e-mail ünvanına göndərilməlidir
- Mövzu sətrində “Mühasibatlıq şöbəsi – böyük məsləhətçi” qeyd olunmalıdır
- CV-lər 5 iyul, 2024-cü il tarixinə qədər göndərilməlidir
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |