23 C
Baku
Saturday, September 28, 2024

Maliyyə Şöbəsinin Aparıcı İqtisadçısı – Sağlam Ailə

0
Maliyyə Şöbəsinin Aparıcı İqtisadçısı – Sağlam Ailə
Bakı
02.07.2024

Vəzifə öhdəlikləri:

  • Şirkətin illik büdcə planlarını tərtib etmək və icrasına nəzarət etmək.
  • Müxtəlif departamentlərin büdcə tələblərini toplamaq və təhlil etmək.
  • Büdcə proqnozlarını hazırlamaq və faktiki maliyyə nəticələri ilə müqayisə etmək.
  • Büdcə tələblərinə uyğun maliyyə analizləri aparmaq və hesabatlar hazırlamaq.
  • Maliyyə axınlarını və büdcə xərclərini izləmək.
  • Büdcə sapmalarını müəyyən etmək və səbəblərini analiz etmək.
  • Büdcə strategiyalarını təkmilləşdirmək üçün təkliflər vermək.

Vəzifə ilə bağlı tələblər:

  • Müvafiq sahədə ali təhsil (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya oxşar sahələr).
  • Büdcə tərtibatı və maliyyə analizi sahəsində ən azı 1 il iş təcrübəsi.
  • Maliyyə proqramları və Microsoft Office proqramları ilə iş təcrübəsi (xüsusilə Excel).
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı.
  • Mükəmməl ünsiyyət və təqdimat bacarıqları.
  • Detallara diqqət və dəqiqlik.
  • İri şirkətlərdə büdcə tərtibatı və maliyyə nəzarəti sahəsində təcrübə.
  • Tibb sektorunda iş təcrübəsi.

Əlavə məlumat:

  • Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
  • İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur.
  • İşçi illik check up paketi ilə təmin olunur.
  • İşçinin ailə üzvləri və yaxın qohumları tibbi xidmətlərdə 50 faizlik endirim ilə təmin olunur.

CV-lərinizi e-mail ünvanına “Maliyyə Şöbəsinin Aparıcı İqtisadçısı başlığı ilə göndərməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.

[email protected]