20 C
Baku
Saturday, September 28, 2024

Layihə üzrə baş mütəxəssis – EUROSTAR Group

0
Layihə üzrə baş mütəxəssis – EUROSTAR Group
Bakı
02.07.2024

İşin təsviri

Tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, biznesin təşkili) Layihələrin və təkliflərin hazırlanması, binalara baxışın keçirilməsi, yeni müştərilərin cəlb olunması və müştərilərlə əlaqələrin yaradılması;
  • Layihələrin idarəolunması sahəsində minimum 3 il iş təcrübəsi;
  • Layihələrin idarəolunması üzrə proqram təminatlarında istifadə təcrübəsi arzuolunandır;
  • Azərbaycan dili səlis, Rus və İngilis dili biliyi yaxşı səviyyədə;
  • MS Office proqramlarından peşəkar səviyyədə istifadə bacarığı;
  • Vaxtın idarə olunması bacarığı;
  • Yüksək səviyyədə təqdimetmə və ünsiyyət bacarıqları.

Görəcəyiniz işlər: 

  • Layihə təkliflərin və tələblərinin hazırlanması və məqsədlərini müəyyən etmək üçün daxili müştərilərlə əlaqə saxlamaq;
  • Layihənin mərhələləri və nəticələrinin izlənməsi;
  • Layihə sənədlərinin hazırlanması;
  • Layihə planlarına dəyişikliklərin təklif edilməsi, nəzərdən keçirilməsi və təsdiq edilməsi.
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Tender prosesində şirkətin təmsil olunması;
  • Tender sənədlərinin təhlili zamanı meydana gələn suallarla bağlı tender keçirən təşkilatlara sorğuların göndərilməsi;
  • Tender təkliflərinin hazırlanması üçün tələb olunan rəsmi sənədlərin (maliyyə hesabatları, arayışlar, təsdiqedici sənədlər, bank zəmanətləri və s.) vaxtlı-vaxtında müvafiq qurumlardan alınması;

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəh., Sahil Biznes Mərkəzi.
  • Əmək haqqı: 800 AZN

Müraciət qaydası:

Bu vəzifəyə müraciət etmək üçün CV-ni e-mail ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Layihə üzrə baş mütəxəssis” Mövzu bölməsində göstərin. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər