18 C
Baku
Sunday, September 29, 2024

Audit üzrə Mütəxəssis – AGRO-VEST RETAIL

0
Audit üzrə Mütəxəssis – AGRO-VEST RETAIL
Bakı
11.07.2024

İşçiyə qoyulan tələblər:

  • Komanda ilə işləmə bacarığı olmalı;
  • Təhsil: Ali (İqtisadi sahələrdə təhsil arzuolunandır);
  • İş təcrübəsi: 2 ildən çox (qeyd edilən sahə üzrə);
  • Yaş: 27-35.

Vəzifə öhdəlikləri:

  • Firmaların Retailin ofisi ilə razılaşma əsasında marketlərə satış üçün vermiş olduğu əlavə, xüsusi endirimli məhsulların, bağlama və s. bu kimi ekskluziv razılaşmaların yoxlanılması;
  • Xidmət və Peşəkarlığa, həmçinin işçilərin öhdəliklərinin icrasına dair qiymətləndirilmə (dəyərləndirmə) yoxlanışı;
  • Sistem qiymətləri ilə rəf qiymətlərinin qarşılaşdırılması və yaranmış nöqsanların aradan qaldırılması üçün market heyyətini, satınalama heyyətini məlumatlandırma, sonrakı mərhələdə nöqsanların aradan qalxması üçün onları təqib etmə;
  • Anbarın təmizliyi, məhsulların kateqoriyalara uyğun yığımı, yararsız malların vaxtlı-vaxtında təhvil verilməsi, xüsusi diqqətdə olmalı malların saxlanma şəraiti, stockdan silinməli mallar üzrə nəzarət – yoxlama prosesinin icra edilməsi;
  • Sifarişlərin doğru tənzimlənməsinə nəzarət yoxlanışı, yüklü sifarişlərin təhlili;
  • Market açılışı öncəsi malların doğru qəbulu prosesinə, malların kateqoriyalar üzrə yığılışına, qiymətlərlə təmin olunmasına, hədiyyə və endirimlərin sərgilənməsinə və s-ə nəzarət;
  • Mövcud çek-listdən irəli gələn digər öhdəliklər;
  • Audit hesabatın hazırlanmasında iştirak, müvafiq dəstəkləyici məlumatların toplanması və sənədləşməsinin aparılması;
  • Yekunlaşmış audit layihələri üzrə tədbirlər planının monitorinqi;
  • Audit prosedurlarına aid digər tapşırıqların icra edilməsi.

İş şərtləri:

  • Əmək haqqı: Razılaşma əsasında;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • İş vaxtı:  9.00 – 18.00;
  • İstirahət günləri: Bazar günü.

Maraqlananlar öz CV formalarını e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində “Audit üzrə Mütəxəssis” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır). [email protected]