7 C
Baku
Thursday, December 12, 2024

Şöbə rəisi (Keyfiyyətə əminlik və nəzarət şöbəsi) – SOCAR

0
Şöbə rəisi (Keyfiyyətə əminlik və nəzarət şöbəsi) – SOCAR
Bakı
15.07.2024

Vakansiyanın təsviri

  • İdarənin tərkibinə daxil olan bütün struktur bölümlərdə keyfiyyətə nəzarətin vəziyyətini yoxlamaq, aşkar olunan nöqsanları aradan qaldırmaq haqqında idarənin struktur bölümələrinə yerinə yetirılməsi məcburi olan göstərişlər vermək (bu göstərişlər ancaq GGİ-nin rəisinin yazılı göstərişi ilə ləğv edilə bilər);
  • Müqavilələr əsasında beynəlxalq standart və texniki şərtlərə əsasən görülən işlərin, göstərilən xidmətlərin keyfiyyətin yaxşılaşdırılmasına nəzarət etmək;
  • Görülən işlərin, göstərilən xidmətlərin parametrlərin nomenklatur üzrə uyğunsuzluqlarına, istehsalat şəraitinin və avadanlıqların texnoloji vəziyyətinə nəzarəti həyata keçirmək;
  • Görülən işlərin, göstərilən xidmətlərin keyfiyyətinə sınaq nəzarətində və reklam xarakterli sənədlərin tərtibində iştirak etmək;
  • İstehsalın texnoloji prosesində meydana gəlmiş əyintilər, qüsurlar, zay məhsul buraxılışı və digər proseslərin araşdırılmasında, bu cür çatışmamazlıqların aradan qaldırılması üçün tədbirlər görülməsində və statistik meyarların müəyyənləşdirilməsində iştirak etmək;
  • Meydana çıxa biləcək uyğunsuzluqları vaxtında aşkar etmək məqsədi ilə keçirilən daxili keyfiyyət auditlərinə nəzarət etmək;
  • 2-ci və 3-cü tərəf auditlərin keçirilməsinə nəzarət etmək;
  • Daxili auditin keçirilməsi üçün tələb olunan sənədləşmə işlərinə nəzarət etmək;
  • ISO 9001 keyfiyyət sisteminin əsas prinsiplərini (prosesli yanaşma, müştəri məmnuniyyəti, liderlik, sürətli yanaşma, məlumata əsasən qərar vermə və s.) təşkilat daxilində işçilərin nəzərinə çatdırmaq;

Xüsusi tələblər

• “Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsini İdarə Etməyin Vahid Sistemi”ni;
• “Neft və Qazçıxarma Sənayesində Təhlükəsizlik Qaydaları”nı;
• Fəaliyyətinə dair Azərbaycan Respublikasının Əmək Məcəlləsini və digər qanunvericilik aktlarını;
• SOCAR-ın əmr, qərar və sərəncamlarını;
• İSO 9001 və API Spec Q2 “Keyfiyyət” və İSO 14001 “Ətraf Mühit” və İSO 45001 “Əməyin mühafizəsi və təhlükəsizliyi” İSO 19011 daxili auditin təşkili, İSO 17025 Sınaq və Kalibrləmə Laboratoriyalarının akkreditasiyası və beynəlxalq idarəetmə sistemi standartlarının tələblərini;
• Sağlamlıq, əməyin təhlükəsizliyi, ekologiya və keyfiyyət üzrə metodik, normativ və digər rəhbər materialları;
• Əməyin təhlükəsizliyi, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını:

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər