21 C
Baku
Thursday, October 3, 2024

Böyük Analitik – Azərbaycan Respublikasının Mərkəzi Bankı

0
Böyük Analitik – Azərbaycan Respublikasının Mərkəzi Bankı
Bakı
29.07.2024

Struktur bölmənin adı: Sığorta fəaliyyətinin tənzimlənməsi departamenti / Tənzimləmə siyasəti şöbəsi
Vəzifənin adı: Böyük analitik
Hesabatlı olduğu vəzifə: Şöbə rəisi
Vəzifənin funksiyaları:

  • Sığorta bazarının riskləri və inkişafı üzrə trendlərə, müəyyən edilmiş strateji hədəflərə uyğun olaraq tənzimləmə siyasətinin formalaşdırılması üzrə təkliflər hazırlayır;
  • Sığorta bazarının tənzimlənməsi üzrə beynəlxalq təcrübədə istifadə olunan nəzəri və praktiki məsələləri öyrənir, beynəlxalq təcrübələrin və standartların tətbiqi üzrə təkliflər hazırlayır;
  • Sığorta bazarı üzrə risklərinin inkişaf trendlərinin izlənilmə nəticələrinə uyğun olaraq sığorta ehtiyatlarının yaradılması, kapital adekvatlığı, sığorta və təkrarsığorta fəaliyyəti üzrə mövcud tənzimləmə çərçivəsini daimi əsasda qiymətləndirir, aşkar edilmiş tənzimləmə boşluqları əsasında müvafiq təkliflər hazırlayır;
  • Sığorta bazarında aparılan nəzarət fəaliyyətlərinin nəticələrinə uyğun olaraq nəzarət proseslərinin, habelə nəzarət tədbirlərinin qanunvericilik bazasını Sığortaçılara prudensial nəzarətin metodologiyası şöbəsi ilə birlikdə daimi əsasda qiymətləndirir, aşkar edilmiş tənzimləmə boşluqları əsasında müvafiq təkliflər hazırlayır;
  • Sığorta bazarının inkişaf strategiyasının formalaşdırılması üzrə təkliflər verir;
  • Sığorta bazarının maliyyə dayanıqlığının qiymətləndirilməsi ilə bağlı stress-testlərin tətbiqi prosesində iştirak edir;
  • Müəyyən sığorta növləri üzrə sığorta qaydalarının formalaşdırılmasını və daimi təkmilləşdirilməsini həyata keçirir;
  • Sığorta bazarı üzrə normativ-metodoloji sənədlərin tətbiq edilməsi ilə əlaqədar nəzarət subyektlərinə metodoloji dəstək göstərir;
  • Zəruri hallarda Departament direktorunun razılığı əsasında səlahiyyətlərinə aid olan məsələlər üzrə sığorta bazarının iştirakçılarını dəvət etməklə təlimlər, iclaslar və müşavirələr keçirilməsində iştirak edir;
  • Departament rəhbərliyinin tapşırığı ilə Mərkəzi Bankın rəhbərliyi və struktur bölmələri üçün arayışlar və materiallar hazırlayır;
  • Şöbənin funksiyalarına aid müxtəlif hesabatları, təqdimatları hazırlayır və aidiyyatı üzrə təqdim edir;
  • Şöbənin funksiyaları daxilində müvafiq daxili və xarici yazışmanı həyata keçirir;
  • Departament rəhbərliyinin tapşırığına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.

Kompetensiyalar:

  • Əsas kompetensiyalar
  • Təşəbbüskarlıq
  • Məsuliyyətlilik
  • Komandada işləmə
  • Təkmilləşməyə meyllilik

Texniki kompetensiyalar

  • Ümumi iqtisadiyyat və sığorta işi
  • Maliyyə
  • Maliyyə riyaziyyatı
  • Analitik təhlil
  • Təqdimat və yazı bacarıqları

Davranış kompetensiyaları

  • Ünsiyyətqurma
  • İnnovativlik və kreativlik
  • Vaxtın idarəedilməsi
  • Stressə davamlılıq

Təcrübə

  • Minimum 3 il, bank və ya sığorta sahəsində fəaliyyət;
  • Tələb edilən iş təcrübəsi üzrə əməkdaşın əvvəlki iş prosesində şirkətin maliyyə vəziyyətinin analizi, risklərin dəyərləndirilməsi və ya yeni sığorta məhsullarının yaradılması, anderraytinq prosesləri istiqamətlərində işlərə cəlb edilmiş olması, dərin təhlil aparma qabiliyyətinə sahib olması üstünlükdür.

Təhsil

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat)
  • Dil bacarığı
  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə)
  • Kompüter bacarıqları
  • MS Office – yaxşı səviyyədə

Müraciət üçün son tarix: 13.08.2024

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi