Struktur bölmənin adı: Bazar davranışlarının tənzimlənməsi departamentinin Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsi
Vəzifənin adı: Şöbə rəisi
Hesabatlı olduğu vəzifə: Departament direktoru
Öhdəliklər:
- Müxtəlif kriteriyalara (yaş, istifadə edilən məhsullar, riskə məruz qalma dərəcəsi, prioritetlər, istehlakçı davranışı, internet davranışı və s.) uyğun ayrı-ayrı hədəf qruplarının diaqnostikasını həyata keçirir və uyğunlaşdırılmış proqramların hazırlanmasında iştirak edərək cəmiyyətin yeni maliyyə xidmətlərinə tələbatını stimullaşdırır;
- Mərkəzi Bankın digər struktur bölmələri ilə birlikdə geniş ictimaiyyət üçün mərkəzi bank və maliyyə bazarları, o cümlədən iqtisadiyyatın digər sahələri üzrə seminar, təlim və mühazirələrin keçirilməsini təşkil edir, eyni zamanda bu istiqamətdə məzmunların yaradılmasını təmin edir;
- Müxtəlif indikatorlar müəyyənləşdirərək insan kapitalı risklərinin prudensial və bazar davranışları nəzarət sisteminə inteqrasiyası üzrə təkliflər verir, Mərkəzi Bankın maliyyə bazarlarına nəzarəti həyata keçirən struktur bölmələrinə metodoloji dəstək göstərir;
- Maliyyə sistemində insan resurslarının inkişafı məqsədi ilə digər dövlətlərin mərkəzi bankları, xarici və yerli təlim-tədris institutları ilə əməkdaşlıq edərək lazımi informasiya mübadiləsi aparır, qarşılıqlı işgüzar əlaqələr qurur, habelə, peşəkar tələblərlə bağlı çərçivəni hazırlayır;
- Mərkəzi Bankın məqsədləri və funksiyaları üzrə müvafiq intellektual resursların yaradılmasını, çəkilişlərin aparılmasını və montaj olunmasını təmin edir, mövcud resursları inkişaf etdirir;
- Cəmiyyətdə maliyyə məlumatlılığının artırılmasına xidmət edən müxtəlif maarifləndirici vasitələrin, məhsulların və internet resurslarının hazırlanmasını və inkişafını təmin edir;
Kompetensiyalar
Əsas kompetensiyalar
- Təşəbbüskarlıq
- Məsuliyyətlilik
- Komandada işləmə
- Təkmilləşməyə meyllilik
Texniki kompetensiyalar
- Təqdimat və yazı bacarığı
Davranış kompetensiyaları
- Analitik təhlil etmə
- Ünsiyyətqurma
- Vaxtın idarəedilməsi
- Stressə davamlılıq
Təcrübə
- Tərəfdaşların bir araya cəlb edilməsi və müvafiq sahələrdə 4 il (oxşar sahələrdə menecer kimi 2 illik təcrübə daxil olmaqla)
Təhsil
- Ali təhsil
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dil (yüksək səviyyədə), Rus dili (arzu olunandır)
Kompüter bacarığları
- MS Office proqramları (yaxşı səviyyədə)
Son müraciət tarixi: 14.08.2024
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |