14 C
Baku
Sunday, November 23, 2025

Səudiyyə Ərəbistanı 2025-ci ilin sonunadək İbrahim sazişlərinin bir hissəsi ola bilər

Səudiyyə Ərəbistanı 2025-ci ilin sonunadək İbrahim sazişlərinin bir hissəsi ola bilər.

Bunu ABŞ Prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsində deyib.

“Bəli, mən belə düşünürəm”, – o, müvafiq suala belə cavab verib.

D.Trampın sözlərinə görə, Yaxın Şərqdə sülh hökm sürür: “Hesab edirəm ki, tezliklə yeni ölkələr İbrahim sazişlərinə qoşulmağa başlayacaqlar. Mən bunu həqiqətən bilirəm”.

O əlavə edib ki, İsrail və Səudiyyə Ərəbistanı yaxın vaxtlarda münasibətlərin normallaşdırılması haqqında saziş bağlaya biləcək. “Düşünürəm ki, buna çox yaxınıq”, – ABŞ Prezidenti vurğulayıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər