Rusiya və Çin beynəlxalq ehtiyatlarında dollarla ifadə olunan aktivlərin həcmini ən çox azaldan ölkələr olub.
Bunu ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.
“Bu il dünya üzrə dollarla həyata keçirilən əməliyyatların payı faktiki olaraq artıb. Gördüyümüz yeganə azalma ehtiyatlardakı dollar aktivlərinin payı ilə bağlıdır və bu, əsasən Rusiya və Çinin hesabına baş verib”, – Bessent deyib.
Onun sözlərinə görə, Rusiya və Çinin dollar aktivlərinə yatırımlarını azaltmasına baxmayaraq, digər ölkələr ABŞ aktivlərinə yüksək tələbat nümayiş etdirməkdə davam edirlər.
Bessent buna sübut kimi ABŞ Xəzinədarlığının son istiqraz hərraclarının nəticələrini göstərib.
“Son 20 ilin ən uğurlu iki xəzinə istiqrazı hərracını indicə keçirmişik. Bu, sistemimizə, bu administrasiyanın fəaliyyətinə və bizə olan qlobal etimadı göstərir”, – ABŞ-nin maliyyə naziri bildirib.







