Azərbaycanın xaricə satdığı neft və qaz bahalaşır

Azərbaycanın ixrac etdiyi neft və qaz bahalaşıb.

Bunu Mərkəzi Bankda keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 33 % və 4 % çoxdur.

Bu ilin altı ayında Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların həcmi isə 5 milyard 360 min dollar təşkil edib.

Samir Nəsirov həmçinin bildirib ki, Azərbaycana yaxın Şərq ölkələrindən pulköçürmələr olur. Amma həmin ölkələrdən köçürmələrdə hazırda böyük artım hiss edilmir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər