5 C
Baku
Saturday, December 14, 2024

Aİ-nın bütün ərazisinə avro tətbiq edilməsi təklif edilib

Banker.az xəbər verir ki, Avropa Komissiyasının sədri Jan Klod Yünker Avropa Parlamentində çıxışı zamanı Şərqi Avropa ölkələri də daxil olmaqla bütün Avropa İttifaqı (Aİ) ölkələrinin avroya keçid etməsini təklif edib.

Vahid Avropa valyutasını Bolqarıstan və Rumınya, həmçinin Polşa və Macarıstan kimi qeyri-stabil iqtisadiyyata malik dövlətlərdə tətbiq etmək lazımdır. Yünkerin sözlərinə görə, bunun üçün bu ölkələrə texniki və maliyyə yardımı proqramını işə salmaq mütləqdir.

Bundan əlavə, Avropa Komissiyasının sədri Aİ tərkibində daha sıx əməkdaşlığa və Avropa sənayesinin rəqabət qabiliyyətinin möhkəmləndirilməsinə çağırıb.

Daha əvvəl verilən məlumatlarda qeyd edilirdi ki, Yünker Aİ-nın yaxın illərdə ticarət razılaşmalarını genişləndirmək istədiyi ölkələr sırasında ABŞ-ı qeyd etməyib.

Qeyd edək ki, hazırda Avropa İttifaqının 28 ölkəsindən 19-u avrozonaya daxildir.

 

Son xəbərlər
Digər xəbərlər