7 C
Baku
Thursday, December 12, 2024

AMB-nin dövriyyədə olan notlarının həcmi azalmağa başlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının həcmi 4 ay yarımlıq fasilədən sonra azalmağa başlayıb.

Report AMB-yə istinadən xəbər verir ki, hazırda bu rəqəm 550 mln. manat təşkil edir ki, bu da 1 həftə əvvəlki göstəricidən 8,3% və yaxud 50 mln. manat azdır.

Notların orta illik gəlirliliyi isə 10,01% təşkil edir.

Xatırladaq ki, AMB not emissiyasına 2007-ci ilin əvvəlindən başlayıb. İndiyə qədər qurumun dövriyyədə olan notlarının ən yüksək həcmi bu il sentyabrın 7-də (600 mln. manat), ən yüksək gəlirliliyi isə bu il aprelin 5-də (14,98%) qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər