“Bank Respublika” 2020-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Bank 2020-ci ili 6 022 min manat xalis mənfəətlə başa vurub. 2019-cu ilin müvafiq dövründə isə bankın xalis mənfəəti 20 423 min manat olub.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
FAİZ GƏLİRLƏRİ ARTIB, FAİZ XƏRCLƏRİ AZALIB
2020-ci ildə “Bank Respublikanın”ın faiz gəlirləri 72 968 min manat (5.5% çox), qeyri-faiz gəlirləri 26 006 min manat (2 dəfə az), faiz xərcləri 27 463 min manat (1.6% az), qeyri-faiz xərcləri 55 161 min (6.4% çox) manat olub.
2020-ci il tarixində “Bank Respublikanın” 1 034 039 min manat aktivlərə malik olub ki, bu da illik müqayisədə bankın aktivlərinin 27% azalması deməkdir. Bunun 446 868 min manatı müştərilərə verilmiş kreditlərdir.
DAŞINMAZ ƏMLAK KREDİTLƏRİ PORTFELİ ARTIB
“Bank Respublikanın”ın biznes kreditləri portfeli 356 522 min manatdan 332 833 min manata, istehlak kreditləri 77 214 min manatdan 59 710 min manata düşüb, daşınmaz əmlak kreditləri isə 50 074 min manatdan 54 083 min manata çatıb.
FİZİKİ ŞƏXSLƏRİN VƏSAİTLƏRİ ARTIB
2020-ci ildə bankın cəmi öhdəlikləri 953 147 min manat olub ki, bu da 2019-cu ilin sonuna nisbətən 29% azalmasıdır. Bankın depozit portfeli isə 689 627 min manat təşkil edib ki, bunun 312 654 min manatı ( 2019-cu il 306 268 min manat) fiziki şəxslərin depozitləri, 376 973 min manatı isə hüquqi şəxslərin depozitləri olub.
KAPİTALI ARTIB
Ötən il “Bank Respublika” 80 892 min manat cəmi kapitala malik olub. Bank 2019-cu ilin sonunda 747 874 min manat kapitala malik idi. Belə ki, “Bank Respublikanın”ın kapitalı 4% artıb.