Bitkoinin qiyməti qısamüddətli yüksəlişdən sonra yenidən 40 min dollardan aşağı düşüb. Analitiklər bu azalmanı investorların mənfəətlərini möhkəmləndirmək istəyi ilə izah ediblər.
Son 24 saat ərzində rəqəmsal valyutanın dəyəri 39 292 dollara düşüb. Bakı vaxtı ilə saat 11:20-ə qədər kriptovalyuta 3.36% ucuzlaşaraq 40 259 dollar səviyyəsində olub.
Bitkoinin ucuzlaşmasının səbəbi ABŞ Senatının hazırladığı qanun layihəsi ətrafında olan qeyri-müəyyənlikdən qaynaqlanır, bunu Avstraliyanın “Maple Finance” şirkətinin mütəxəssisi Deniel Kim söyləyib.
Sənədin ilkin versiyası əməliyyatlar haqqında məlumatların verilməsi və mərkəzləşdirilməmiş mübadiləsi də daxil olmaqla, “broker” anlayışının genişləndirilməsi üçün tələblərin sərtləşdirilməsini nəzərdə tutur.