13 C
Baku
Friday, April 26, 2024

Biz sadəcə iş axtarırıq yoxsa daha da böyük gözləntilərimiz var?

Sizin bu ilə hansı karyera məqsədləriniz var? Bir çox insan deyir ki, onlar sadəcə olaraq iş tapmaq və yaxud iş yerlərini dəyişmək istəyirlər. Bəlkə qarşımıza daha böyük məqsədlər qoyaq? 

İş yerində biz vaxtımızın böyük hissəsini keçiririk. Əlbətdə ki, pullar əsas motivatorlardır. Bu motivator sayəsində biz səhər tezdən dururuq, iş vaxtından əlavə işdə qalırıq, bayram günlərində belə çalışırıq. Yəni, biz bununla kifayətlənə bilirikmi? Əlbəttə ki, yox. Xoşbəxt olmaq üçün insana pul lazımdır. Buna görə bu prinsipə əsaslanaraq iş axtarmaq lazımdır.
Biz sizə bu məqalədə rədd edə bilməyəcəyiniz tələbatları təqdim edirik.

Biz istəyirik ki, bizi qiymətləndirsinlər

Biz istəyirik ki, bizi gözəl gülüşümüzə görə deyil, bacarıq və xüsusiyyətlərinizə görə qiymətləndirsinlər. Bizə lazımdır ki, bizim əməyimizi ədalətli şəkildə qiymətləndirsinlər.

Biz öz işimizi sevmək istəyirik

İş və zövq arasında fərq azalanda biz daha xoşbəxt oluruq. Biz hər dəfə işə düzələndə öz işimizi  sevmək istəyirik. Bəzən bu bizdə alınmır. Lakin bu, o demək deyil ki, biz bu halla razılaşmalıyıq. Hər zaman irəliləmək lazımdır. Əgər pullar sizin üçün əsas məqsəddirsə, nəzərə almaq lazımdır ki, işdən zövq alaraq siz çox pullar qazana bilərsiniz.

Biz inkişaf etmək istəyirik

Biz inkişaf etmək imkanına sahib olmaq istəyirik. İnsanlar heç bir vaxt bir yerdə qalıb yerində saymaq istəmirlər. Əgər işə götürən sizin səylərinizi qiymətləndirmirsə, siz başqa şirkətərdə də öz şansınızı sınaya bilərsiniz.

Biz sabitlik istəyirik

Gərgin iqtisadi vəziyyət bizə sağ qalmaq uğrunda mübarizə aparmağa vadar edir. Biz sabit şəraitdə az əmək haqqı almağa razı oluruq, nəinki qeyri-stabil vəziyyətdə yüksək maaş. Yadda saxlamaq lazımdır ki, sabitlik bizim özümüzdən də asılıdır. O, bizim professionallığımızdan, özümüzü tanımağımızdan, özümüzə əminliyimizdən və bacarıqlarımızdan asılıdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər