7 C
Baku
Sunday, December 15, 2024

Çinlilər zəif birja dinamikası səbəbindən “Bitcoin”ə investisiya edirlər

Çinin pərakəndə investorları 2021-ci ildən bəri ölkədə qadağan edilməsinə baxmayaraq, aktiv şəkildə “Bitcoin” və digər kriptovalyutalara vəsait köçürürlər. İnvestorlar bunu iqtisadiyyatın hələ də COVID-19 pandemiyasından qurtarmaq üçün mübarizə apardığı bir ölkədə fond bazarının zəif performansına görə edirlər.

Onların sözlərinə görə, “Bitcoin indi burada qızıl kimidir, təhlükəsiz aktivdir”. Boz bazarda kriptovalyuta almaq üçün kiçik regional bankların kartlarından istifadə olunur; ÇXR nəzarət orqanlarının diqqətini cəlb etməmək üçün birdəfəlik alışın məbləği 50 min yuanı (təxminən 7 min dollar) keçmir. Çin vətəndaşları kriptovalyuta almaq üçün Honkonqda təxminən 50 min dollar limiti olan hesablardan da istifadə edirlər, burada “Bitcoin” ödəniş vasitəsi kimi tanınmır, lakin ticarəti qadağan edilmir.

“Chainalysis”in məlumatına görə, materik Çində kriptovalyutalara qoyulan qadağaya baxmayaraq, təkcə 2022-ci ilin iyulundan 2023-cü ilin iyun ayına qədər orada ticarət 86.4 milyard dollar təşkil edib və eyni dövrdə 64 milyard dollarlıq dövriyyə ilə hətta Honkonqu geridə qoyub. Honkonq kriptovalyuta birjasının top meneceri “Reuters” agentliyinə bildirib ki, Çin iqtisadiyyatındakı yavaşlama “materik Çinə investisiya qoymağı riskli və perspektivsiz edib, buna görə də insanlar öz vəsaitlərini yatırmaq üçün başqa yollar axtarırlar. Demək olar ki, hər gün Çindən bizə yeni investorların gəldiyini görürük”.

Son xəbərlər
Digər xəbərlər