ABŞ prezidenti Cozef Bayden bir həftədə 43 rəsmi qərar imzalayıb.
Türkiyənin NTV telekanalı xəbər verir ki, o, bununla ölkənin yaxın tarixində vəzifəsinin icrasının ilk günlərində ən çox qərar imzalayan prezident olub.
Bildirilib ki, prezidentliyinin ilk həftəsində Barak Obama və Donald Tramp cəmi 9 qərarnamə imzalamışdı.
Qeyd edək ki, ABŞ-ın 46-cı prezidenti Cozef Bayden 2021-ci il yanvarın 20-də and içib.