14 C
Baku
Friday, May 17, 2024

Dövlət Miqrasiya Xidmətindən 4 şirkətə 6 milyon manatlıq sifariş

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti 4 şirkətlə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, bu şirkətlər “Tufan Company” MMC, “AS Service” MMC, “Gur” MMC və “Tufan” MMC-dir.

“Tufan Company” MMC ilə bağlanmış müqavilədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Mərkəzi Aparatı ərazisində kanalizasiya və yaşıllığın suvarılması üçün boru xətlərinin yenilənməsi işlərinin satınalınması nəzərdə tutulur. Müqavilənin dəyəri 7 236 manatdır.

“AS Service” MMC ilə bağlanmış müqavilədə 1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin tələbatına uyğun dövlət atributlarının satınalınması 2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində soyutma və istilik sistemlərinə xidmətin satınalınması nəzərdə tutulur. Müqavilənin dəyəri 1 199 800 manatdır.

“Gur” MMC ilə bağlanmış müqavilədə 1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin tələbatına uyğun dövlət atributlarının satınalınması 2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində soyutma və istilik sistemlərinə xidmətin satınalınması nəzərdə tutulur. Müqavilənin dəyəri 13 004 manatdır.

“Tufan” MMC ilə bağlanmış müqavilədə isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində abadlaşma işlərinin satınalınması nəzərdə tutulur. Müqavilənin dəyəri 4 230 212 manatdır.

4 müqavilənin cəmi məbləği isə 5 450 252 manatdır.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər