İranın Koronavirusla Milli Mubarizə Şurası COVID-19-un mutasiyaya uğramış variantlarının yayıldığı bəzi ölkələrdən birbaşa və ya dolayı yolla ərazisinə girişlərin qadağan edilməsinə qərar verib.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Qərara əsasən, Botsvana, Braziliya, Esvatini, Hindistan, Osuta, Malavi, Mozambik, Nepal, Cənubi Afrika, Uruqvay, Zambiya və Zimbabvedən birbaşa və ya dolayı yolla İrana daxil olmaq mümkün olmayacaq.