6 C
Baku
Sunday, December 15, 2024

Baş mühasib – Grand Motors

0
Baş mühasib – Grand Motors
Bakı
03.05.2021

İşəgötürən: Grand Motors MMC

Vəzifə: Baş mühasib

İşin təsviri:

– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi;
– Şirkətin dövri mühasibat, statistik, idarəetmə və maliyyə hesabatlarını (balans, maliyyə nəticələri, pul vəsaitlərinin hərəkəti və kapitaldakı dəyişikliklər) müəyyən edilmiş müddətlərdə tərtib edib aidiyyatı üzrə təqdimatını təmin etmək;
– Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqı və digər sosial xarakterli işçilərə ödəmələrin hesablanması və ödənilməsini, debitor və kreditorların uçotu, dövlət büdcəsinə və DSMF-yə məcburi ödənişlərin və digər ayırmaların uçotunu düzgün təşkil və nəzarət etmək;
– Rəsmi hesabatların hazırlanması (Statistika, DSMF və s.)
– Hesab və elektron qaimə-fakturaların yazılması;
– Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması
– Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və reyestrlərdə düzgün əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət etmək;
– Uçot siyasətinin şirkətin fəaliyyət növünə uyğunluğuna nəzarət etməklə, bu istiqamətdə mütəmadi təkmilləşdirmələr üzərində işləmək;
– Uçot sənədlərinin arxivləşdirilməsini təmin etmək;
– İllik mənfəət vergisi bəyannaməsini hazırlayıb təqdim etmək;
– İş prosesində öz sahəsi ilə bağlı meydana çıxacaq problemlərin aradan qaldırılması ilə bağlı təkliflər vermək;
– Şirkətin maliyyə-iqtisadi idarə olunmasında aktiv iştirak etmək və ehtiyac duyduqda lazımi təklifləri irəli sürmək.

Namizədə dair tələblər:

– Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır)
– İxtisas üzrə 3 – 5 il
– Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı
– Komandada işləmək bacarığı
– Məsuliyyətli və işində dəqiq
– Vergi Məcəlləsini bilməli
– MS Office, 1C, BTP, EVHF, hesabatları mükəmməl səviyyədə bilmə

İş şəraiti :

– Stabil iş
– AR ƏM əsasən rəsmiləşdirmə
– Korporativ nömrə ilə təmin ediləcək
– 6 günlük iş rejimi
– İş yeri: Binəqədi, Mədən küç., 4
– Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir

Maraqlanan namizədlər mövzu yerində “Baş mühasib” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər interyuya dəvət olunacaqlar.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, Mühasib