İşə götürən: Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası
İnsan resursları üzrə Baş mütəxəssis
Namizədə aid tələblər:
• İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
• İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər əməliyyatları həyata keçirmək;
• Məzuniyyət verilməsinin uçotunu aparmaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;
• Davamiyyət cədvəllərində və iş qrafiklərində edilən dəyişiklikləri müntəzəm olaraq sistemdə yeniləmək;
• İş saatlarının və davamiyyət cədvəllərinin qeydə alınmasına dair hesabatların hazırlanması üçün müvafiq məlumatları daxil etmək və təqdim etmək;
• Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
• İnsan resursları departamentinə aid hesabatların tərtib və təqdim edilməsi.
Tələblər :
• Ali təhsil
• Yaş həddi: 25-50
• İnsan resursları sahəsində 5 il (fasiləsiz) iş təcrübəsi olmalı
• Azərbaycan dilini əla səviyyədə bilməli, Rus və İngilis dillərini bilməsi arzuolunandır
• Yüksək ünsiyyət və analitik düşünmə bacarığı
• MS Office proqramlarını və 1C proqramını yüksək səviyyədə bilməli
Əmək haqqı müsahibə əsasında təyin ediləcək.
Şirkət Barədə Məlumat:
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” (ATİA) Kommersiya Hüquqi Şəxslərinin İttifaqının əsas məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən və Assosiasiyanın üzvləri olan tikinti şirkətlərinin inkişaf etməsinə köməklik göstərməklə ölkəmizdə tikinti sektorunun inkişafında, bu sahədə vahid standartların formalaşdırılmasında və sistemləşdirilməsində aktiv iştirak etmək, dövlət-özəl sektor tandemində tikinti şirkətlərinin fəaliyyətlərini əlaqələndirmək, habelə onların ümumi mənafelərini təmsil və müdafiə etmək, eyni zamanda tikinti şirkətlərinin vahid platformasını yaratmaq, tikinti şirkətləri arasında əməkdaşlıq əlaqələrinin effektiv qurulmasına və inkişafına nail olmaq, tikinti məhsulları və xidmətlərinin keyfiyyətini artırmaq, iştirakçılarının beynəlxalq tikinti bazarlarında fəaliyyətinə köməklik göstərmək, həmçinin milli tikinti sərgilərinin təşkilinin həyata keçirilməsində aktiv iştirak etməkdən ibarətdir.
E-mail: [email protected]
www.atia-az.az
İşin aid olduğu sahə
Kateqoriya | İnsan Resursları (HR) |