“Para” Bank Olmayan Kredit Təşkilatı namizədlərə Mühasibatlıq şöbəsinə baş mütəxəssis vəzifəsini təklif etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Peşəkar tələblər:
o Mühasibat uçotu, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
o Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) haqqında anlayış və onların tətbiqi təcrübəsinə malik olması;
o Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyini və AMB-nin normativ xarakterli aktlarını bilməsi;
o Iki illik iş təcrübəsinə təcrübəyə malik olması;
o Təşkilatın əməliyyatlarının bütün aspektləri ilə tanış olması;
o Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti
Vəzifə öhdəlikləri:
- DSMF-na periodik hesabatların hazırlanması və təqdim olunması;
- DSK-nə periodik hesabatların hazırlanması və təqdim olunması;
- DVİ-nə periodik bəyannamələrin hazırlanması və təqdim olunması;
- Təşkilata gələn DSMF, DSK və DVİ tərəfindən sorğularına yazılı cavabların hazırlanması;
- Qanunvericilikdə nəzardə tutulan müddətdə bank əməliyyatlarına dair dövlət vergilərin hesablanması və ödənilməsinə nəzarət edilməsi;
- DSMF və DVİ ilə bankın hesablaşmaların tutuşdurulması işini mütəmadi aparılması;
- DSMF və DVİ tərəfindən periodik yoxlamalar zamanında tələb olunan sənədlərinin təqdim edilməsi;
- Bankın Mərkəzi Apparatında hüquqi şəxslərə və sahibkarlara təzə açılan bank hesablar üçün sənəd komplektlərinin yoxlanılması, hesabların rəsmi olaraq açılma qeydlərin aparılması və bank elektron bazasına daxil etməsi;
- Təşkilatın səhmdarlarına imtiyazlı səhmləri üzrə dividendlərin periodik hesablanması;
- Təşkilatın Mərkəzi Apparatında elektron bazasında gün ərzində yığılmış mühasibat yazılışların daxili qaydalarında nəzardə tutulan limit çərçivəsində təsdiq edilməsi;
- Təşkilatın üzrə elektron bazasında mühasibat uçotu işinin təşkilinə daimi nəzarətin aparılması;
- Ehtiyac olan vaxtda şöbənin müdirinin vəzifələrini icra etmək;
- Şöbəyə aidiyyati üzrə daxil olan məktubların operativ icrasının təmin etmək;
- Şöbə müdirin müxtəlif (birdəfəlik) tapşırıqlarının icra edilməsi;
Məsuliyyətləri :
- Öz işinin nəticə və effektivliyinə;
- Ona həvalə olunmuş vəzifələrin düzgün və vaxtı-vaxtında yerinə yetirilməsinə;
- Təşkilatın iş prosessinə mane olan halları aşkar edib qarşısının almasına;
- Təşkilatın Daxili İntizam Qaydalarına riayət etmək;
Xüsusi bacarıqlar:
- Məsuliyyətli və dəqiq;
- Komanda işini bilən, insanları tanımaq;
- İdarəetmə qabiliyyəti;
- Strateji və analitik qabiliyyət;
- Təşkilatçılıq, ruhlandırma və təşəbbüskarlıq qabiliyyəti.
“mövzü” bölməsində mühasiblik şöbəsinin baş mütəxəssisi qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərə bilərisniz.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |