12 C
Baku
Friday, November 1, 2024

Keçmiş iş yerimizə necə qayıda bilərik

Sizin daha öncə çalışdığınız şirkətdə yeni vakansiya açılıb. Həmin vakansiya isə sizə çox uyğundur. Yenidən əvvəl işlədiyiniz şirkətə işə düzəlmək olarmı?  Niyə də yox? Belə bir vəziyyətdə bir çox insan səhv addım ataraq keçmiş iş yerlərinə qayıtmırlar. 

Keçmiş işə götürənin təqdim etdiyi vakansiyaya namizəd olanda ilk növbədə özünüzə qarşı dürüst olmalısınız.

İşdən ayrılma səbəbiniz

Keçmiş iş yerinə qayıtmaq şansınız işdən ayrılma şərtlərinizdən asılıdır. Əgər siz müdir  və yaxud həmkaralarınızla münaqişə edərək işdən ayrılmısınızsa, həmin şirkətə qayıtmağınız məsləhət görülmür.
Yox, əgər işdən ayrılarkən hər kəs ilə yaxşı münasibətlərinizi qoruyub saxlaya bilmişsinizsə, o zaman keçmiş iş yerinə qayıtmaq şanslarınız artır.

Keçmiş iş yerinizə qayıtdıqda keçmiş təcrübənizə əsaslanaraq şirkətdə yaranan problemləri həll edə bilərsiniz. Həmçinin siz keçmiş iş yerinizdəki əlaqələrinizdən də istifadə edə bilərsiniz.

Lakin keçmiş iş yerinizə qayıtdıqda bir neçə amili nəzərə almalısınız.

Vaxt çox şeyi dəyişə bilər. Bunu hər zaman nəzərə almaq lazımdır. Beləliklə, hal- hazırda şirkətdə baş verən prosesləri  siz sadəcə təxmin edə bilərsiniz. İşə götürənlə müsahibədə şirkətdə həll edəcəyiniz problemləri əminliklə deməyin, çünki həmin problemlər şirkətdə artıq mövcud olmaya bilərlər.

Özünüzü tamamilə yeni bir əməkdaş kimi təqdim etməyə hazır olun. Siz keçmiş nailiyyətlərinizə arxalana bilməzsiniz, yenidən öz bacarıqlarınızı sübut etməli olacaqsınız.

Yaxşı tarixçəniz. Sizin həmkarlarınızın sizi yenidən iş yerində görmələrinə sevinəcəklərinə baxmayaraq bu hələ heç nə demək deyil. Siz yenə də işə götürəni əmin etməli olacaqsınız ki, siz bu vakansiyaya ən uyğun namizədsiniz. Heç kəs sizin bu şirkətdə uzun müddət qalacağınıza əmin deyil, lakin siz onları əmin etməlisiniz ki, siz bu mövqe ilə çox maraqlanırsınız və burada uzun müddət qalacaqsınız.

Özünüzdən razı olmayın. Siz bu vakansiyaya ən mükəmməl namizəd olsanız belə özünüzdən çox razı olmayın. Hər zaman ünsiyyətcil və dostcanlı qalın.

Səhv etmədiyinizə əmin olun. Keçən dəfə nəyə görə işdən ayrıldığınız yadınızda? Həmin iş yerinə qayıtmaq istədiyinizə əmnisinizmi?

Son xəbərlər
Digər xəbərlər