26 C
Baku
Friday, April 19, 2024

“MİDA” Lənkəranda sosial evlərin tikintisi üçün 15 milyon manat xərcləyəcək

“MİDA” MMC Merkuri-İnşaat MMC və Araz İnşaatçı MMC ilə 15 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, “Merkuri-İnşaat” MMC ilə bağlanmış müqavilədə Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsində yerləşən 1,5 ha torpaq sahəsində 3 və 4 nömrəli 9 mərtəbəli 2 bloklu və 5 nömrəli 9 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi nəzərdə tutulur. Müqavilənin dəyəri isə 8 741 987 manatdır.

“Araz İnşaatçı” MMC ilə bağlanmış müqavilədə isə 1 və 2 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisi nəzərdə tutulur. Müqavilənin dəyəri isə 6 548 106 manatdır.

 

Son xəbərlər
Digər xəbərlər