7 C
Baku
Thursday, December 12, 2024

“MİDA” Şirvanda 13 yaşayış binası tikəcək, şirkətləri müəyyən etməyə başladı

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti  Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində  çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar satınalmalar üzrə açıq tender elan edir.

Banker.az xəbər verir ki, tender aşağıdakı lotlar üzrə keçirilir:

Lot-1 – 1, 2, 3 və 4 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi

Lot-2 – 5, 6, 7, 8, 9 və 10 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi

Lot-3 – 11 və 12 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilmiş kəmiyyətcə qiymətləndirilən meyarlar əsasında həyata keçiriləcəkdir.

Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət edib qeydiyyata alındıqdan sonra hər bir lot üzrə aşağıdakı hesaba qeyd olunan məbləğdə iştirak haqqı ödəməklə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 31 ünvanından (əlaqələndirici şəxs: Əliyev Vüqar Təyyar oğlu, telefon: (+99412) 594-54-01, daxili 239, email: [email protected]) ala bilərlər.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Podratçılar iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər.

1. Tenderdə iştirak etmək üçün ərizə;

2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

3. Tender təklifi (tender təklifi zərflərinin açıldığı gündən sonra azı 60 bank günü qüvvədə olmalıdır);

4. Tender təklifinin təminatı – bank zəmanəti (təklifin ümumi qiymətinin 1% (bir) faizi məbləğində və tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır);

5. Podratçı haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

lPodratçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

lAzərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;

lPodratçının son 3 ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

lPodratçının son 3 ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

lPodratçının inşa etdiyi analoji tikililər barədə “Tikinti obyektinin istismarına icazə” sənədinin surəti;

lPodratçının ixtisas göstəricilərinə dair məlumatlar (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənəd və formalarda təqdim edilməlidir);

lPodratçı son 3 il (2020-2022) ərzində Azərbaycan Respublikasında bütün sosial infrastrukturla təmin edilmiş yaşayış komplekslərində “Tikinti obyektinin istismarına icazə” sənədi əsasında çoxmənzilli binalarda ümumi sahəsi azı 15 000 m2 mənzil təhvil vermiş olmaldır;

lPodratçının son 3 il (2020-2022) ərzində tikinti quraşdırma işləri üzrə maliyyə dövriyyəsi azı 30 000 000 manat olmalıdır.

lDigər sənədlər: tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənədlər.

İddiaçılar 1, 2 və 5-ci bəndlərdə qeyd olunan sənədləri 21 iyun 2023-cü il saat 17:00-dək Tender komissiyasına təqdim etməlidirlər. Həmin sənədlərdən hər hansı birini təqdim etməyən və ya ixtisas göstəricilərinə dair tələblərə uyğun olmayan iddiaçının tender təklifi qəbul olunmur.

İddiaçılar öz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə) 4 iyul 2023-cü il saat 17:00-dək yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifi zərfləri 5 iyul 2023-cü il saat 15:00-da “MİDA” MMC-də açılacaqdır.

Son xəbərlər
Digər xəbərlər