16 C
Baku
Wednesday, May 1, 2024

MİDA Şirvanda 8 yaşayış binasının tikilməsinə 28 milyon manat xərcləyəcək

“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti Hünər İnşaat Firması və Araz İnşaatçı MMC ilə 28 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilələrdə Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 5,6,7,8,9,10,11 və 12 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulur.

Hünər İnşaat Firması ilə bağlanmış müqavilənin dəyəri 20.923.661 AZN, Araz İnşaatçı MMC ilə bağlanmış müqavilənin dəyəri isə 7.032.652 AZN-dir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər