“Pfizer” və “BioNTech” tərəfindən hazırlanmış peyvəndin koronavirusun mutasiya olunmuş variantına qarşı effektivliyini öyrənmək 3-4 həftə davam edəcək.
TASS-ın xəbərinə görə, bu barədə Robert Kox adına Alman Viroloji İnstitutunun peyvənd məsələləri üzrə daimi komitəsinin sədri Tomas Mertens bildirib.
“Mövcud məlumatlar hələlik “BioNTech” peyvəndinin virusun mutasiya olunmuş variantına qarşı nə qədər effektiv olacağı barədə qəti şəkildə fikir bildirməyə imkan vermir. İlk antitellərin effektivliyinin öyrənilməsinə dair araşdırmanın 3-4 həftə davam etməsi gözlənilir”, – deyə o vurğulayıb.
Lakin mütəxəssis qeyd edib ki, indiyə qədər aparılan testlər peyvəndin koronavirusun yeni variantına qarşı eyni dərəcədə təsirli ola biləcəyini göstərir.