30 C
Baku
Thursday, June 30, 2022

Rusiya-Ukrayna müharibəsinin 35-ci günü

17:30 ⇒ Lavrov deyib ki, Rusiya İranla münasibətlərdə sanksiyalardan yayınmağın yollarını axtaracaq.

16:40 ⇒ Rusiya malların paralel idxalını leqallaşdırdı

Rusiyanın baş naziri Mixail Mişustin müəyyən növ məhsullar üçün Rusiyaya paralel mal idxalına icazə verən sənəd imzalayıb. Ehtimal olunur ki, bu cür məhsulların idxalı məhsulun müəllif hüquqları sahibi, istehsalçısı və ya dilerindən icazə alınmadan həyata keçirilə bilər. Malların siyahısı Rusiyanın Sənaye və Ticarət Nazirliyi tərəfindən müəyyən ediləcək.

16:29 ⇒ Consonun sözçüsü SWIFT-ə çıxışın məhdudlaşdırılması baxımından Rusiyaya qarşı sanksiyaların genişləndirilməsinin mümkün olduğunu bildirib.

15:30 ⇒ Mariupolda Qızıl Xaç Cəmiyyətinin binasına Rusiya zərbələri endirilib: Ukrayna ombudsmanı.

15:24 ⇒ Vatikan Bankı Rusiya qazının ödənişini rublla həyata keçirib. Qeyd olunur ki, Romanın mərkəzində yerləşən dövlət Rusiya Mərkəzi Bankından 10 milyon avro ekvivalentində rubl alıb.

15:21 ⇒ Azərbaycan Rusiya deputatı Delyaginə cinayət işi açıldı: Onun barəsində İnterpol vasitəsilə beynəlxalq axtarış elan edilib.

14:39 ⇒ Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Krımı heç kimlə, o cümlədən Ukrayna ilə müzakirə etməyəcək.

14:20 ⇒ Boris Conson bildirib ki, o, Ukraynanı “daha öldürücü” silahlarla təmin etmək niyyətindədir.

13:59 ⇒ Sergey Lavrov pakistanlı həmkarı Şah Mahmud Qureşiyə Qərbdən şikayət edib. O deyib ki, Əfqanıstanı dünya siyasətinin mərkəzinə çevirməyə cəhd edənlər indi onu Ukrayna ilə əvəz etməyə çalışırlar.

12:00 ⇒ Ukrayna Xarici İşlər Nazirliyi iddia edir ki, Rusiyanın itkiləri arasında indiyədək 17 min 300 əsgər, 131 təyyarə, 131 helikopter və 605 tank var.

11:19 ⇒ Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Vanq Yi ilə Ukraynadakı vəziyyəti müzakirə edib. Tərəflər proseslərin dinamikası və rəsmi Kiyevlə Moskva arasındakı danışıqların son durumu barədə fikir mübadiləsi aparıblar.

10:59 ⇒ İsrail polisi bildirib ki, İsrailin mərkəzi Bney Brak şəhərində fələstinli silahlı tərəfindən öldürülən beş nəfərdən ikisi Ukrayna vətəndaşıdır.

09:20 ⇒ Kanada parlamenti hökuməti Ukrayna ilə vizasız rejim tətbiq etməyə çağırıb.

FPEjALVWYAgOIjG

09:20 ⇒ Rusiyanın xarici işlər naziri danışıqlar aparmaq üçün Çinə gəlib.

09:10 Roskomnadzor Rus Vikipediyasını bloklamaq istəyir.

09:04Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord bildirib ki, Britaniya Ukraynadan müvafiq müraciət alacağı təqdirdə bu ölkənin təhlükəsizlik qarantı rolunu oynamağa hazırdır.

09:00 ⇒ ABŞ Dövlət Departamenti deyir ki, Rusiya ərazisində olan Amerika vətəndaşlarını “təcrid edib həbs edə bilər”.

08:40 Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, Rusiya hərbçiləri hələ də Volodimir Zelenskini öldürməyə çalışırlar. Arestoviçin sözlərinə görə, Rusiya hərbçiləri birbaşa Prezident Ofisinin yaxınlığında dörd dəfə atəş açıblar. Bundan əlavə, işğalçılar ali hərbi-siyasi rəhbərlikdən kimisə, xüsusən də Arestoviçin özünü kənarlaşdırmaq istəyirlər.

08:24 Ukraynanın Nikolayev şəhərində vilayət dövlət administrasiyasının binasına endirilən raket zərbəsi nəticəsində 12 nəfər həlak olub, daha 34 nəfər yaralanıb.

07:34 ABŞ Prezidenti Cozef Baydenlə Rusiya lideri Vladimir Putin arasında istənilən təmas Ukraynadakı vəziyyətin deeskalasiyasını və Rusiya Federasiyasının diplomatiyaya həqiqi hazırlığını tələb edəcək.

06:17 Rusiya-Ukrayna müharibəsi başlayandan indiyədək azı 1 179 ukraynalı mülki şəxs həlak olub, daha 1 860 nəfər yaralanıb, BMT Qaçqınlar üzrə Ali Komissarlığı bildirir.

06:09 ⇒Çexiyada fövqəladə rejim Ukraynadan gələn qaçqınlarla əlaqədar uzadılıb.

06:01“Rossiya” aviaşirkəti inventarında olan 125 təyyarəni yerli reyestrə daxil etdirib.

05:50Kanadanın Baş naziri Castin Trüdo ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

03:02Rusiya qoşunları Ukraynanın Kiyev, Xarkov və Xmelnitsk şəhərlərinə raket zərbələri endirib. Şəhərlərdə silsilə partlayışlar eşidilib və yanğınlar başlayıb.

02:54Pakistanın Baş naziri İmran Xan deyir ki, Ukrayna-Rusiya münaqişəsinin həllində “məhsuldar rol oynaya bilərik”.

02:30Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyası ilə danışıqlar prosesini şərh edib. Dövlət başçısı qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri bu gün sağ qalmağın yeganə təminatçısıdır.

02:23Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyaları çərçivəsində Lüksemburq Moskvanın aktivlərini dondurub.

00:07ABŞ, Almaniya, Fransa, Böyük Britaniya və İtaliyanın liderləri Cozef Bayden, Olaf Şolts, Emmanuel Makron, Boris Conson, Mario Draqi arasında telefon danışığı olub.

00:03 ⇒ Pentaqon deyir ki, Rusiya qoşunları geri çəkməkdənsə, Kiyev ətrafında yenidən yerləşdirir

Müharibənin 34-cü günü
Müharibənin 33-ci günü
Müharibənin 32-ci günü
Müharibənin 31-ci günü
Müharibənin 30-cu günü
Müharibənin 29-cu günü
Müharibənin 22-ci günü
Müharibənin 21-ci günü
Müharibənin 20-ci günü
Müharibənin 19-cu günü
Müharibənin 16-18-cü günü
Müharibənin 15-ci günü
Müharibənin 14-cü günü
Müharibənin 10-13-cü günü
Müharibənin 9-cu günü.
Müharibənin 8-ci günü.
Müharibənin 7-ci günü.
Müharibənin ilk 6 günündə baş verənlər.

Son xəbərlər
Oxşar xəbərlər