12 C
Baku
Cümə axşamı, May 26, 2022

Rusiya-Ukrayna müharibəsinin 41-ci günü

17:23 — Estoniya da 14 rus diplomatının ölkədən çıxarıldığını və Narvadakı konsulluğun və Tartudakı səfirliyin ofisinin bağlandığını elan edib.

17:19 — Rusiya lideri Vladimir Putin bu gün bunları deyir:

    • Son 2 ildə qlobal ərzaq bazarında vəziyyət inkişaf etmiş ölkələrin səhvləri ucbatından nəzərəçarpacaq dərəcədə mürəkkəbləşib.
    • Qərb iqtisadi sahədə öz səhvlərini Rusiyanın üzərinə atmağa və problemləri onun hesabına həll etməyə çalışır.
    • Əsas ərzaq qrupları baxımından Rusiyanın daxili bazarı öz istehsalı ilə tam təmin olunub.
    • Rusiya xaricə, xüsusən də düşmənçilik siyasəti yürüdən ölkələrə ərzaq tədarükü məsələsində daha diqqətli olmalı olacaq.
    • Rusiya ölkə daxilində ərzaq qiymətlərinin dünya bazarından aşağı olmasını təmin edə bilər.
    • Yaxın illərdə Rusiya aqrar-sənaye kompleksi və qida sahəsində 3%-dən yuxarı artım templərinə çatmalıdır.
    • Rusiya xaricə, xüsusən də düşmən ölkələrə ərzaq tədarükü məsələsində daha diqqətli olmalı olacaq.
    • Rusiya hakimiyyəti ərzaq bazarına xarici təsirləri minimuma endirməli və ərzaq istehsalını artırmalıdır.
    • Qlobal ərzaq qıtlığı fonunda bu il ixracda “qənaətcil olmaq” lazımdır.
    • Dünyada enerji sektorunda vəziyyət bazardan kənar tədbirləri və “Qazprom”a təzyiqlər səbəbindən pisləşir.

16:58 — Avropa İttifaqı (Aİ) ölkələri öz limanlarını Rusiyadan gələn gəmilərin üzünə kollektiv şəkildə bağlamağa hazırlaşır.

16:57 — Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Aİ Rusiyadan ildə 4 milyard avro həcmində kömür idxalını qadağan edəcək.

16:57 — Avropa Komissiyasının rəhbəri bildirib ki, Aİ Rusiyanın “VTB” də daxil olmaqla 4 Rusiya bankı ilə əməliyyatları qadağan edəcək.

16:55 — Stoltenberq bildirib ki, NATO üzvləri arasında Ukraynanın alyansa üzvlüyü ilə bağlı konsensus yoxdur.

16:08Birləşmiş Krallıq Ukraynaya Kral Donanmasının istifadə etdiyi “Harpoon” gəmi əleyhinə raket sistemləri göndərib

15:30 — Ukraynada müharibəsi başlayandan Amerika və Avropa ölkələri ümumilikdə 275 Rusiya diplomatını ölkədən çıxarıb.
🇮🇹 İtaliya – 30
🇩🇰 Danimarka – 15
🇸🇪 İsveç – 3
🇫🇷 Fransa – 30
🇩🇪 Almaniya – 40
🇳🇱 Hollandiya – 17
🇧🇪 Belçika – 21
🇮🇪 İrlandiya – 4
🇨🇿 Çexiya – 1
🇲🇰 Şimali Makedoniya – 5
🇵🇱 Polşa – 45
🇧🇬 Bolqarıstan – 12
🇱🇹 Litva – 4
🇪🇪 Estoniya – 3
🇱🇻 Latviya – 3
🇸🇰 Slovakiya – 3
🇲🇪 Çernoqoriya – 1
🇺🇸 ABŞ – 13
🇪🇸 İspaniya – 25

15:26 — İspaniya xarici işlər nazirinin sözlərinə görə, 25-ə yaxın rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.

14:34 — Avropa Komissiyasının  rəhbəri Ursula fon der Leyen və Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə nümayəndəsi Josep Borrell bu həftə Kiyevə səfər edərək orada Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcəklər. Bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Erik Mamer məlumat verib. Görüşün gələn şənbə günü Varşavada keçirilməsi planlaşdırılan Ukraynaya dəstək donor konfransı ərəfəsində baş tutacağı gözlənilir.

14:27 — Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT baş katibinin müavini bildirib ki, Buçadakı cinayət Rusiyanı təqsirli göstərmək məqsədi daşıyan təxribatdır.

14:19 — İsveç Rusiyanın 3 diplomatını persona non-qrata elan edəcək.

14:09 — Ukrayna kəşfiyyatı bildirir ki, Buçada qətliam törətmiş rusiyalı hərbçilər döyüşmək üçün yenidən Ukraynaya göndəriləcək.

13:20 – Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borel Ukraynaya səfər edəcək.

12:59 — Ukrayna lideri V.Zelenski deyir ki, Türkiyə Mariupoldan ölü və yaralıların çıxarılmasına kömək edəcək.

12:54 — İtaliya Rusiyanın 30 diplomatını ölkədən çıxardığını açıqlayıb, bu barədə İtaliyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

12:40 —Danimarka Rusiyanın 15 diplomatını ölkədən çıxardığını açıqlayıb, bu barədə “Bloomberg” agentliyi yazıb.

11:40 —Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiyadan qaz idxalının dayandırılmasını istisna edib. O qeyd edib ki, əgər embarqo Ukraynada hərbi əməliyyatları dayandırmağa kömək etsəydi, hakimiyyət bunu dərhal tətbiq edərdi.

11:37 —“Airbnb” şirkəti aprelin 4-ündən Rusiya və Belarusda fəaliyyətini dayandırıb. Məhdudiyyət bu ölkələrin vətəndaşları üçün xaricdə yaşayış yerlərinin bron edilməsinə də şamil edilir.

11:23 — Rusiyanın Parisdəki səfiri Aleksey Meşkov Fransa Xarici İşlər Nazirliyinə çağırılıb. Aprelin 4-də Fransa XİN Rusiyanın bir qrup diplomatını ölkədən çıxarmaq niyyətində olduğunu açıqlamışdı. Məlumata görə, Rusiyanın Fransadakı səfirliyinin 35 əməkdaşının ölkədən çıxarılacağı gözlənilir. Rusiya XİN Fransaya uyğun cavab veriləcəyini elan edib.

11:12 —Ukrayna lideri Volodimir Zelenski Putinlə görüşməyəcəyini deyib.

10:36 — Latviyanın xarici işlər naziri Edqars Rinkeviç RİA Novosti-də Rusiyanın Ukrayna ilə necə “rəftar etməli” məqaləsini faşizm adlandırıb.

10:22 — Ramzan Kadırov: Ukraynanın “demilitarizasiyası”, “denazifikasiyası” və “şeytansızlaşdırılması*” kifayət qədər uğurludur.

09:40 — Rusiyalılar Qırğızıstan Kommersiya Bankından “Visa Gold” kartlarını ala biləcəklər. Verilən məlumata görə, kartı bankın Moskvadakı ofisinə yaxınlaşaraq 17 500 rubl qiymətinə almaq mümkün olacaq. Məbləğə həmçinin illik xidmət haqqı da daxildir (12 min rubl).

08:40 — Rusiya hərbçiləri Ukraynanın İzyum şəhərindən vətəndaşların məcburi çıxarılmasına başlayıblar. İzyum vətəndaşları zorla Rusiyaya aparılır. Həmçinin təmizləmə tədbirləri həyata keçirilir. – Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı

06:43 — G7 ölkələrinin xarici işlər nazirləri aprelin 7-də Brüsseldə görüşəcəklər. Nazirlər öz aralarında görüşdən sonra NATO-ya üzv ölkələrin xarici siyasət idarələrinin rəhbərləri ilə görüşəcəklər. İclasların gündəliyində duran başlıca məsələ beynəlxalq təhlükəsizlikdir.

05:20 — “Soyuq müharibədən sonrakı dövr bitib. Biz bir daha özümüzü tarixin burulğanında tapırıq. Daha iddialı Çin amerikalıların dünya nizamına meydan oxuyur”, – E.Blinken

05:02 — Ukraynanın Nikolayev şəhərinin Rusiya qoşunları tərəfindən atəşə tutması nəticəsində uşaq xəstəxanasında olan bir uşaq və bir kişi həlak olub. Ticarət mərkəzinə düşən mərmi nəticəsində daha 9 nəfər ölüb, 61 nəfər yaralanıb.

04:20 — Ukraynada əsir götürülən Rusiya əsgərlərinin sayı 600 nəfərə yaxındır.

04:32 — ABŞ hökuməti NATO üzvü olan Bolqarıstana “F-16” qırıcı təyyarələrinin satışına razılıq verib.

04:13 — Reuters: ABŞ Maliyyə Nazirliyi Rusiyanın borcunu dollarla ödəməsinə icazə verməyəcək. Rusiya valyuta ehtiyatları dondurulduqdan sonra 117,2 milyon dollar həcmində ilk xarici borc ödənişini martın 14-də həyata keçirib.

05:10 — Avstraliya hökuməti lüks məhsulların Rusiyaya ixracını qadağan edib.

04:57 — Ukrayna dünyanın ən çox minalanmış ölkələrindən biridir. Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi deyir.

04:54 — Ukraynada müharibə dövründə üçü qadın olmaqla 18 jurnalist ölüb.

04:36 — ABŞ bu həftə Rusiyaya qarşı yeni iqtisadi məhdudlaşdırıcı tədbirlər elan edəcək. Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

04:02 — Ukrayna Prezidenti Volodimir Zelenski bu gün BMT-nin Təhlükəsizlik Şurasında çıxış edəcək.

03:30 — Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç müharibənin başa çatacağı ilə bağlı yeni proqnozunu açıqlayıb: “(Rusiya hərbçiləri-red) Aprelin sonu – mayın əvvəlində öləcəklər, hücum edə bilməyəcəklər. Hətta ərazimizdə qalsalar da, yaşıl ot görünən kimi biz onları yerindən tərpədərək, ordunun qüvvələri ilə əzəcəyik. Hərbçilər və yerli sakinlər, kəndlilər onlara qısa zamanda nifrət edən bir ölkədə qalmağın necə olduğunu göstərəcəklər”

03:03 — Prezident Volodimir Zelenski Avstriya kansleri Karl Nehammer ilə söhbət etdiyini və onunla tezliklə Ukraynaya səfərlə bağlı razılığa gəldiyini bildirib.

01:22 — İtaliya hökuməti onlarla rus diplomatı ölkədən çıxarmağı planlaşdırır.

01:00 — Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev arasında telefon danışığı olub. Danışıqlarda regional problemlər, xüsusən Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.

00:43 — ABŞ hökuməti Ukraynaya hərbi kömək zamanı PUA, tank əleyhinə “Javelin” raket kompleksləri və “Stinger” daşınan ZRK-ların çatdırılmasını prioritet sayır.

00:04 — Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin başa çatması və sülh müqaviləsi üzrə danışıqlar aparmaq üçün nümayəndə heyəti yaradıb. Nümayəndə heyətinə “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Arakhamia başçılıq edib.


Müharibənin 40-cı günü
Müharibənin 39-cu günü
Müharibənin 38-ci günü
Müharibənin 37-ci günü
Müharibənin 36-cı günü
Müharibənin 35-ci günü
Müharibənin 34-cü günü
Müharibənin 33-ci günü
Müharibənin 32-ci günü
Müharibənin 31-ci günü
Müharibənin 30-cu günü
Müharibənin 29-cu günü
Müharibənin 22-ci günü
Müharibənin 21-ci günü
Müharibənin 20-ci günü
Müharibənin 19-cu günü
Müharibənin 16-18-cü günü
Müharibənin 15-ci günü
Müharibənin 14-cü günü
Müharibənin 10-13-cü günü
Müharibənin 9-cu günü.
Müharibənin 8-ci günü.
Müharibənin 7-ci günü.
Müharibənin ilk 6 günündə baş verənlər.

Son xəbərlər
Oxşar xəbərlər