6 C
Baku
Monday, December 16, 2024

Rüsumlarla bağlı dəyişikliklər ikinci oxunuşda təsdiqləndi

Azərbaycanda yığılan dövlət rüsumları rüsumu toplayan orqanın büdcəsinə deyil, birbaşa dövlət büdcəsinə yönəldiləcək.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qeyd edək ki, dəyişikliyə əsasən, bundan sonra bütün dövlət rüsumları vahid qaydada qanunla tənzimlənəcək. Bundan əvvəl isə dövlət rüsumları Nazirlər Kabinetinin qərarları ilə tənzimlənirdi.

Qanuna dəyişiklikdə bir sıra dövlət rüsumlarının məbləğinin dəyişdirilməsi, bir sıra yeni rüsumların tətbiq edilməsi təklif edilir.

Qanuna dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər