-3 C
Baku
Sunday, December 15, 2024

Salvador Respublikası 400 bitkoin aldı, qiymətlər sıçrayır

Bitkoini rəsmi valyuta kimi qəbul edən El Salvador Respublikasının daha 400 bitkoin (BTC) alma xəbəri kriptovalyutanı bahalaşdırır.

Banker.az bildirir ki, bu xəbər ardından BTC-nin bazar kapitalizasiyası 1 trilyon dolların astanasındadır. Bu barədə Reuters yazır.

Şimali Amerika ölkəsinin müxalifətin sərt tənqidləri önündə bu əməliyyatı həyata keşirməsi artıq kriptovalyuta bazarında katalizator rolunu oynamaqdadır. Hazırda BTC qiyməti $52 585-ə çatıb ki (Bakı vaxtı:10:45), bu da son zamanların maksimal həddidir.

Bitkoinin qanun müdafiəçiləri Salvadorun iqtisadiyyatının azadlığa gedən yola girdiyini iddia etdiyi halda, müxalif cəbhə isə məhdud imkanların daha önəmli yerlərdə axtarılmasının lazım olduğuna inanır.

Salvadorun prezidenti Nayib Bukele sentyabrın 6-da tvit ataraq, 400 bitkoin  aldıqlarını bildirmişdi.

Qeyd edək ki, Salvadorda rəsmi valyuta kimi, ABŞ dolları və bitkoin qəbul edilir. Ölkənin ÜDM-si nominal olaraq $25.85 milyarddır.

Son xəbərlər
Digər xəbərlər