2 C
Baku
Saturday, December 14, 2024

İT Help Desk – Bank Respublika ASC

0
İT Help Desk – Bank Respublika ASC
05.04.2019

Ümumi vəzifə öhdəlikləri:

• İstifadəçi kompüteri, proqram təminatı və periferik (printer, skayner və s.) avadanlıqların quraşdırılması və yönləndirilməsi;
• İT departamentinə texniki problemlərlə bağlı daxil olan zəng və müraciətlərin qəbul olunması, ehtiyac olan dəstəyin göstərilməsi;
• İstifadəçi kompüterlərində və ya periferik (printer, skayner və s.) qurğularda yaranmış proqram və avadanlıq  nasazlıqların aradan qaldırılması.

Namizədə qarşı tələblər:

• Ali təhsil (texniki təhsil arzu olunandır);
• Aidiyyatı sahə üzrə 1 ildən artıq iş təcrübəsi;
• MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı); 
• Format, Tam diaqnostika, (Windows7/ 8.1/ 10 nun quraşdırılması və sazlanması üzrə geniş biliklər və iş təcrübəsi);
• Bütün növ proqramların yüklənilməsi;
• Nasazlıqların axtarışı üzrə bacarıqlar;
• Windows domen və LAN üzrə başlanğıc biliklər;
• Printerlərlə iş üzrə bilik və iş təcrübəsi;
• Passiv, aktiv şəbəkənin və kompyuterlərlə bağlı başqa avadanlığın montajı;
• Kompyuter avadanlığının təmiri və montajı;
• Bankın filialları üzrə bölgələrdə yarana biləcək işlərlə əlaqədar ezamiyyətlərə hazır olmalı;
• Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı;
• Ünsiyyət qurma və komandada işləmək bacarığı.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 aprel 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İT Help Desk” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaƏməliyyatçı, İT