AFB Bank İnsan Resursları Strukturuna təcrübəçi vakansiyası elan edir.
Vəzifə: Təcrübəçi
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil;
• AR Əmək qanunvericiliyi biliyi arzuolunandır;
• Öyrənməyə və inkişafa yüksək təşəbbüs və həvəs;
• MS Office proqramlarından istifadə bacarığı;
• Azərbaycan, Rus və ingilis dili bilikləri;
• Müvafiq sahədə təcrübənin olması və ya İR sahədə təlimlərdə iştirik etmiş olması arzuolunandır;
• İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı;
• Kollektivlə sağlam münasibət qurmaq və işləmək bacarığı;
İŞİN TƏSVİRİ:
• Yeni işə qəbul olunan əməkdaşların şəxsi işlərinin formalaşdırılması;
• Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət;
• İşə qəbul prosesində müsahibələrin koordinasiyası;
• Vahid namizədlər bazasının gündəlik yenilənməsi;
• İşçilərin gündəlik davamiyyətlərinə nəzarət və vahid hesabatın hazırlanması;
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İnsan resursları üzrə təcrübəçi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
İşin aid olduğu sahə
Kateqoriya | Təcrübə proqramları |