20 C
Baku
Tuesday, October 8, 2024

Müştəri Xidmətləri üzrə mütəxəssis – Standard Insurance

0
Müştəri Xidmətləri üzrə mütəxəssis – Standard Insurance
18.12.2019

ASC “Standard Insurance” Sığorta Şirkəti öz fəaliyyətini milli, beynəlxalq və korporativ standartların tələblərinə uyğun aparır. ASC “Standard Insurance” Sığorta Şirkəti 2002-ci ilin fevral ayından təsis edilmiş, həmin ilin 21 oktyabr tarixindən etibarən fəaliyyətə başlamışdır. ASC “Standard Insurance” SŞ “AB Standard” Şirkətlər qrupunun üzvüdür. Fəaliyyətə başladığı qısa müddətdə Şirkətimiz Azərbaycanın ən sürətli inkişaf edən sığorta şirkətlərindən birinə çevrilmişdir. Hal-hazırda şirkət 4 növ icbari, 24 növ könüllü sığorta xidməti göstərir.

Şirkətimizin başlıca prinsipi müştəri məmnuniyyətidir. Bu istiqamətdə tərəfimizdən daim yeni-yeni layihələr hazırlanır və icra olunur. Şirkətimiz geniş fərdi və korporativ müştəri bazasına malikdir.

Müştəri Xidmətləri üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

1. Şirkətin Qaynar Xəttinə daxil olan zəngləri qəbul etmək;
2. Zənglər vasitəsi ilə qəbul olunan müraciətləri məsul şəxslərə yönəltmək;
3. Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
4. Müraciət zamanı şirkətin məhsulları haqda ətraflı məlumat vermək;
5. Şirkətlə müştəri arasında düzgün koordinasiya yaratmaq.

Namizəddən tələblər:

1. Orta ixtisas, ali təhsil;
2. Azərbaycan və rus dillərini bilmək;
3. 1 il iş təcrübəsi;
4. Komandada işləmək bacarığı;
5. Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
6. Stressə davamlılıq;

İş qrafiki həftənin 5 günü saat 09:00-18:00

Vakansiyada qeyd oluna meyarlara uyğun olan namizədlər CV [email protected] elektron ünvanına göndərmələri və mövzu hissəsində vakansiyanın adını qeyd etmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaSığorta