İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vəzifə: Məsləhətçi (Linux üzrə sistem inzibatçılığı istiqaməti üzrə)
Şöbə: Sistem İnzibatçılığı
Vəzifə öhdəlikləri:
• Server proqram təminatının dəstəklənməsində iştirak, Agentliyin İT infrastrukturunda yaranan problemlərə dərhal reaksiya verməklə xidmət pozuntularını aradan qaldırmaq üçün müvafiq tədbirlərin görülməsi;
• İnformasiya sisteminin sazlanmasında iştirak, zərurət yarandıqda digər şirkətlərin iş prosesinə müqavilə əsasındə cəlb edilməsi;
• Unix Linux sistemlərinin və tətbiqlərinin inteqrasiyasına, eləcə də icra edilməsinə texniki və fəaliyyət dəstəyinin göstərilməsi;
• Davamlılıq və yüksək performans üçün Unix Linux mühitinin monitorinqinin aparılması;
• Virtualizasiya sistemlərinin və tətbiqlərinin inteqrasiyasına, eləcə də icra edilməsinə texniki və fəaliyyət dəstəyinin göstərilməsi;
• Ehtiyat nüsxələrinin saxlanılması sistemlərinin və tətbiqlərinin inteqrasiyasına, eləcə də icra edilməsinə texniki və fəaliyyət dəstəyinin göstərilməsi;
• Agentlikdə DevOps prosesslərinin inkişaf və dəstəklənməsi;
• Departament rəhbəri və şöbə müdiri tərəfindən xidməti fəaliyyətlə əlaqədar verilmiş göstərişlərin yerinə yetirilməsi;
• Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
• Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.
Vəzifə üçün tələblər:
• Ali təhsil (texniki sahədə təhsil arzu olunandır);
• Linux sistemlərin inzibatçılığı üzrə minimum 3 il iş təcrübəsi;
• OS Linux Redhat / CentOS üzrə biliklər və iş təcrübəsi;
• RHCE / RHСSA üzrə biliklər (sertifikat olması arzu olunandır);
• Mövcüd Linux serverlərin dəstəklənməsi, çıxan problemlərin aradan qaldırılması;
• Nginx, Apache Tomcat kimi web serverlərin dəstəkləməsi;
• IPTables rahat şəkildə sazlanması;
• Şəbəkə ilə bağlı biliklər;
• TCPDump ilə problemlərin analiz edilməsi;
• VmWare ESXi virtualizasiya sitemi ilə bağlı biliklər;
• Texniki İngilis dili (ingilis dilində materialların oxuyub başa düşülməsi);
• Komandada işləmək bacarığının olması;
• Yeni layihələrin icrasında iştirak edilməsi;
• Özünü inkişaf etdirməyə və yeni texnologiyaları araşdırmağa həvəsli olması;
Maraqlanan namizədlər CV-lərini 21 aprel 2020-ci il tarixinədək [email protected] e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Rəqabətədavamlı əmək haqqı.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |