10 C
Baku
Thursday, December 12, 2024

İdarə Heyəti Sədrinin inzibati məsələlər üzrə köməkçisi – Bank Respublika ASC

0
İdarə Heyəti Sədrinin inzibati məsələlər üzrə köməkçisi – Bank Respublika ASC
Bakı
12.10.2021

“Bank Respublika” ASC İdarə Heyəti Sədrinin inzibati məsələlər üzrə köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 29 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Statistik məlumatları təhlil edir, qiymətləndirir və qısa əsaslı nəticələr çıxarır;
• Bank sektorunda cərəyan edən prosesləri izləyir, məlumatları toplayır və onları təhlil edir;
• İdarə Heyəti Sədrinə məruzələr tərtib edir;
• İdarə Heyəti Sədrinin təşəbbüslərini hüquqi, iqtisadi və analitik baxımdan işləyir;
• İdarə Heyəti Sədrinin birdəfəlik tapşırıqlarını yerinə yetirir;
• Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlayır;
• İdarə Heyəti Sədrinin tapşırıq və əmrlərinin icrasına nəzarət edir, gecikmə və pozulmalar barədə məlumat verir;
• Bankın filial və şöbələrinin koordinasiya olunmasına dəstək verir;
• Bankın rəhbərliyinin (İdarə Heyətinin Sədri və üzvləri, İdarə Heyəti Sədrinin ofisinin rəhbəri) digər tapşırıq və göstərişlərini yerinə yetirmək.

Namizədə qarşı tələblər:

• Ali təhsil (iqtisadiyyat sahəsi üzrə);
• MS Office proqramları üzrə, xüsusilə Excel üzrə mükəmməl biliklər;
• Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
• Analitik təhliletmə qabiliyyəti;
• Komandada işləmək bacarığı;
• Operativlik, dəqiqlik və səliqəlilik;
• Ünsiyyət qurmaq və yüksək icraçılıq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 22 oktyabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində İdarə Heyəti Sədrinin inzibati məsələlər üzrə köməkçisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi