İsmayıllı
12.07.2023
Vakansiyanın təsviri
- Yuxarı təşkilatlardan daxil olmuş qərar, sərancam və əmrləri vaxtında icra edir
- Müəssisənin aylıq, rüblük və illik hesabatlarını təmin edir
- İdarə üzrə bank və kassa əməliyyatlarının uçotunu aparır
- İnventarlaşdırmada iştirak edərək İdarənin ümumi və üzləşdirmə aktlarını tərtib edir
- İdarənin dövrlər üzrə (aylıq, rüblük, illik) hesabatların tərtib etmək və aidiyyəti orqanlara verir
- Müxtəlif tədbir və proqramlar üzrə ayrılmış vəsaitin hərəkət uçotunu və hesabatını aparır
ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
- Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.
Xüsusi tələblər
- Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
- İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
- Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə (yüksək səviyyədə)
- Xarici dil biliklərinə dair tələblər: Rus dili-A2;İngilis dili-A2;
- Müsahibədə iştirak etmək hüququ verən PMS sertifikatı İctimai sektor üzrə 2 -ci səviyyə peşəkar mühasib sertifikatı
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları, Mühasib |