Bakı
21.08.2023
Tələblər:
- Ali təhsil olmalı;
- İngilis və rus dillərini bilməsi üstünlükdür;
- Microsoft Office proqramları bilməli;
- Bank və sığorta sahəsində minimum 2 il iş təcrübəsi olmalı;
- Qrup şəklində işləmək qabiliyyəti, fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalı;
İş haqqında məlumat:
- Təyin olunmuş satış planın reallaşdırılmasını təmin etmək;
- Potensial müştərilərlə görüşmək, sığorta məhsullarının təqdimatını etmək;
- Yeni sığorta məhsullarının hazırlanması üçün təklifləri vermək, həmçinin şirkətin mövcud sığorta növlərinin tanıtdırmaq və satışı istiqamətində aktiv fəaliyyət göstərmək;
- Satışların davamlı artırılması üçün tədbirlər görmək;
- Sığorta müqavilələrinin yeniləmək və müştəri loyallığını izləmək, loyallığın təmin edilməsi üçün tədbirlər planlamaq;
- Satış nəticəsində yaranan aylıq borclara nəzarət etmək;
- Korporativ görüşləri həyata keçirmək və rəhbərini keçirilən görüşlərin nəticəsi ilə əlaqədar məlumatlandırmaq;
- Sığorta müqaviləsinin şərtinin pozulması səbəblərini müəyyən etmək və səbəbləri rəhbərliklə görüşərək aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirmək;
- Tələblərə uyğun olaraq vaxtında lazımi sənədləri tərtib etmək, uçot aparmaq və sığorta müqavilələrinin bağlanması ilə əlaqədar sənədlərin saxlanılmasını təmin etmək;
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Sığorta Satışı üzrə Aparıcı Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |