Vəzifənin məqsədi:
“SOCAR Dovnstream Menecment” MMC-nin (SDM) idarəetməsinə verilmiş olan müəssisələrdə Kapital qoyuluşları istiqamətində sorğuların Təşəbbüsdən Yekun İnvestisiya qərarı verilənə qədərki mərhələlər üzrə əlaqələndirməni və zəruri digər işləri həyata keçirmək.
Vəzifə öhdəlikləri:
- SDM-in tabeliyində olan İstehsal vahidlərindən Kapital qoyuluşu tələb edən təşəbbüslərin mərkəzləşmiş şəkildə toplanması işini təşkil etmək;
- Təşəbbüs sahibləri ilə layihə detallarını dəqiqləşdirmək və həmçinin seçim qərarlarının verilməsi zamanı SDM İnvestisiya Komitəsi ilə təşəbbüs sahibi arasında kommunikasiyanı təmin etmək;
- SDM İnvestisiya Komitəsi tərəfindən təsdiq edilmiş Layihəyələrin SOCAR Baş ofisi tərəfindən təyin edilən müxtəlif meyarlar əsasında detallı məlumat təminatı üçün SDM daxilindəki struktur vahidləri ilə kommunikasiyaları təşkil etmək;
- Hər bir Layihəni SDM-in risk matrisi üzrə qiymətləndirmək, həmçinin xarakterinə görə təsnifləşdirmək, layihə smetasının formalaşmasını əlaqəli struktur vahidləri ilə birlikdə təşkil etmək;
- Layihələrin iqtisadi modellərinin qurulmasında iştirak etmək və ya hazır iqtisadi modelləri revizə etmək;
- Əldə edilmiş məlumatlar əsasında təqdimatları hazırlamaq, müşayiətedici sənədləri toplamaq, Baş ofisin İnvestisiya Funksiyasına təqdim etmək və Baş ofisdən gələn sorğuları aidiyyəti struktur vahidləri ilə əlaqəli şəkildə cavablandırmaq;
- Layihələrin təşəbbüs mərhələsindən yekun investisiya qərarına qədərki bütün keçid mərhələlərində statusu təqib etmək və tələb ediləcək bütün zəruri məlumatları təmin etmək;
- İcrası davam edən layihələr üzrə kapital xərclərinin illər üzrə plan-fakt nəticələrini təqib etmək və cari dövr üzrə ümumi layihə portfelinin yenidən bölgüsündə iştirak etmək;
- Kapital qoyuluşları tələb edən layihələr üzrə hesabatların hazırlanmasını təmin etmək.
Tələblər:
- Müvafiq sahə üzrə bakalavr təhsili (Maliyyə, Risk menecmenti, Layihə menecmenti, Neft emalı sənayesinin menecmenti və s.);
- Müvafiq sahələr üzrə magistr təhsili üstünlükdür;
- Müvafiq və ya əlaqəli sahə üzrə (Layihə menecmenti, Layihə-mühəndis menecmenti və s.) ən azı 5 il müvafiq iş təcrübəsi;
- Maliyyə təhlili, data elmi və analitik proqramlardan istifadə imkanı əlavə üstünlükdür;
- PMI-PMP, PMI-RMI sertifikatlarından hər hansı birinə sahib olma əlavə üstünlükdür;
- İngilis və rus dili biliyi mükəmməl səviyyədə olmalı;
- Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook);
- Müəssisə strategiyası ilə təşəbbüs layihələri arasında uzlaşmanı təsbit etmək;
- Layihələrin texniki-mühəndislik və ya maliyyə mümkünlüyünün araşdırılması sahəsində təcrübə üstünlükdür;
- Layihə idarəetməsi sahəsində təcrübə əlavə üstünlükdür;
- Müvafiq və əlaqəli sahələr üzrə qanunvericilik və digər hüquqi-normativ aktlarla işləyə bilməli;
- Risk siyasəti, risk matrisi və risk yumşaltma tədbirləri üzrə təcrübə;
- Layihələr üzrə peşəkar təqdimatların və hesabatların hazırlanması.
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını “Kapital qoyuluşları üzrə aparıcı mütəxəssis” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. [email protected]
Son müraciət tarixi: 07.09.2023
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |