7 C
Baku
Thursday, December 12, 2024

Subroqasiya üzrə hüquqşünas – A-group sığorta şirkəti

0
Subroqasiya üzrə hüquqşünas – A-group sığorta şirkəti
Bakı
06.09.2023

Vakansiyanın təsviri

  • Sığorta iddialarının tənzimlənməsi ilə bağlı sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq;
  • Subroqasiya borclarının, həmçinin Cəmiyyətə olan digər borcların məhkəməyə qədər, məhkəmədə və icra mərhələsində toplanılmasına çalışmaq;
  • Borclularla, məhkəmələrlə, icra məmurları ilə əlaqələr yaratmaq və onlarla işləmək;
  • İddia ərizələri ilə məhkəməyə müraciət etmək;
  • Etibarnamə əsasında məhkəmədə Cəmiyyətin nümayəndəsi qismində iştirak etmək və iddianın təmin edilməsinə nail olmaq;
  • Qanuni qüvvəsini almış məhkəmə aktlarının qanunvericilikdə nəzərdə  tutulmuş müddətdə və tam icrası ilə əlaqədar zəruri işləri görmək;
  • İcra məmurları ilə iş və görüşləri təşkil etmək;
  • İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək, müvafiq məlumat bazasını formalaşdırmaq və hesabatlar hazırlamaq və digər.
  • Bazar ertəsi – Cümə: 09:00 – 18:00;
  • Əmək haqqı: Müsahibə əsasında + həvəsləndirici mükafatlar;
  • Tibbi sığorta;
  • Mobil nömrə və iş üçün avtomobil ilə təmin edilmə.

Xüsusi tələblər

  • Hüquq sahəsində ali təhsil;
  • Minimum 1-3 il iş təcrübəsi;
  • Sığorta sahəsində təcrübə üstünlükdür;
  • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaHüquq