“İNTERNATİONAL BOKT” ASC gələcək karyerasını kredit sahəsində qurmaq istəyən gənclər üçün təcrübə keçmək imkanı yaradır.
Təcrübə müddəti 3 aydır. Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Təşkilat tərəfindən müsbət xasiyyətnamə verilməklə, işlə də təmin olunacaqlar.
Təcrübə ( Bakı,Sumqayıt və Xırdalan şəhərləri) əhatə edəcək.
Yalnız müvafiq meyarlara uyğun sayılan namizədlər əlaqə saxlanılacaq
- Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
- Bütün fəaliyyətini təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
- Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;
- Müştəriyə təşkilatın kredit məhsullarına dair məsləhət vermək;
- Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes təhlilini aparmaq.
Tələblər:
Təcrübə Proqramına qoşulmaq üçün iqtisadiyyat, maliyyə və oxşar sahələri üzrə ali təhsil və orta ixtisas təhsili almış gənclər müraciət edə bilərlər.
Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir)
- Ünsiyyət və təqdimat bacarığı.
Proqrama qoşulmaq istəyənlər CV-lərini mövzu sətrində “Təcrübə proqramı” qeyd edərək, [email protected] ünvanına CV (foto mütləqdir) göndərməlidirlər.
İşin aid olduğu sahə
Kateqoriya | Kredit işçisi |